CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün nə bayramıdır: 4 dekabr

© Sputnik4 dekabr
4 dekabr - Sputnik Azərbaycan, 1920, 04.12.2023
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib. Bütün bu hadisələr haqqında daha ətraflı Sputnik Azərbaycan-ın icmalında.
BAKI, 4 dekabr — Sputnik. Dekabrın 4-də bir çox dünya şöhrətli, həmçinin Azərbaycandan olan aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün tarixə düşən hadisələr də baş verib.
1 dekabrda kimlər anadan olub?
İsrafil Hüseynov (1931-1986) - Azərbaycan neftçisidir. Onun briqadası açıq dənizdə işləyib, 1531 saylı neft yatağını kəşf edib və 69 gündə neft hasil edib ki, bu da Avropa rekordu olub. İsrafilovun briqadasının hesabında bir sıra ixtiralar var. Hazırda Xəzər dənizindəki ən böyük borudüzən gəmi məşhur neftçinin adını daşıyır.
Ceffri Brices (1949) - ABŞ kinoaktyoru və prodüseridir. "Dəli ürək" filmindəki ən yaxşı kişi roluna görə "Oskar" və "Qızıl qlobus" mükafatlarına layiq görülüb.
Vladimir Alekno (1966) - rusiyalı voleybolçu və məşqçidir. Onun rəhbərliyi altında Rusiya komandası 2012-ci il Olimpiya Oyunlarının çempionu olub.
Cey-Z (1969) məşhur amerikalı reper və musiqi prodüseridir. O, "Roc-A-Fella Records"musiqi şirkətinin təsisçisi və sahibidir.
Tayra Benks (1973) amerikalı supermodel, aktrisa, müğənni, prodüser və televiziya aparıcısıdır.
Nik Vuyçiç (1982) avstraliyalı yazıçı, mesenat və motivasiyalı natiqdir. Dörd əzanın olmaması ilə xarakterizə olunan çox nadir anadangəlmə irsi xəstəlik olan tetra-amelia sindromu ilə anadan olub.
Dekabrın 4-də dünyada baş verən tarixi hadisələr
1674-cü ildə fransız yezuitləri Çikaqonun əsasını qoyublar.
1912-ci ildə Bolqarıstan, Yunanıstan, Serbiya və Monteneqro Türkiyə ilə atəşkəs imzalayıb və nəticədə iki ay davam edən Birinci Balkan müharibəsinə son qoyub.
1954-cü ildə BMT Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) yaradılması barədə qərar qəbul edib. Təşkilatın nizamnaməsi 1956-cı il oktyabrın 26-da Nyu-Yorkda keçirilən təsis konfransında təsdiq edilib və 1957-ci il iyulun 29-da qüvvəyə minib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0