DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Beş il ərzində süni intellekt insan beyni səviyyəsində fəaliyyət göstərə biləcək

© AFP 2024 / MAURO PIMENTELSüni intellekt
Süni intellekt - Sputnik Azərbaycan, 1920, 03.12.2023
Abunə olmaq
“Nvidia” kompüter komponentləri şirkətinin rəhbəri Censen Huanq bildirib ki, hər şey proqramlaşdırmadan asılıdır.
BAKI, 3 dekabr — Sputnik. “Nvidia” kompüter komponentləri şirkətinin rəhbəri Censen Huanq bildirib ki, beş ildən sonra süni intellekt insan beyninin inkişafı ilə ayaqlaşa bilər.
Bu barədə “The New York Times” məlumat yayıb.
Huanq bu açıqlamanı qarşıdakı illərdə süni ümumi intellektin (biliyi öyrənməyə, emal etməyə və tətbiq etməyə qadir olan süni intellektin) inkişafı ilə bağlı suala cavab olaraq verib. “Nvidia” rəhbərinin sözlərinə görə, beş il ərzində süni intellekt insan beyni səviyyəsində fəaliyyət göstərə biləcək.
“Hər şey onu necə müəyyənləşdirəcəyinizdən asılıdır. Əgər biz süni ümumi intellekti tapşırıqları yerinə yetirə bilən proqram kimi təyin etsək, onda mən əminəm ki, yaxın beş ildə biz insan beyni kimi vəzifələri yerinə yetirə bilən süni intellekt görəcəyik”.
Daha əvvəl İlon Mask süni intellektin inkişafı ilə bağlı narahatlıqlar səbəbindən yuxu ilə bağlı problemlərlə qarşılaşdığını bildirib.
11.11.23, 20:10
Süni intellekt insan həyatı üçün təhlükəli biosilahlar yarada bilər
Süni intellekt (Sİ) milyonlarla insanın həyatına təhlükə yarada biləcək bioloji silahlar yaratmaq potensialına malikdir. Bunu ABŞ-ın vitse-prezidenti Kamala Harris London yaxınlığında açılan süni intellektdən təhlükəsiz istifadəyə dair birinci beynəlxalq sammitdə çıxışı zamanı deyib.

"Süni intellekt təkcə fayda deyil, həm də böyük zərər gətirmək potensialına malikdir: əvvəllər gördüyümüz hər şeydən daha böyük miqyasda süni intellektlə işləyən kiberhücumlardan tutmuş, milyonlarla insanın həyatını təhlükəyə ata biləcək süni intellekt tərəfindən yaradılmış biosilahlara qədər. Bu təhlükələr çox vaxt Sİ-in ekzistensial təhdidləri adlandırılır, çünki onlar bəşəriyyətin varlığını təhdid edə bilər", - deyə o qeyd edib.

Vitse-prezidentin sözlərinə görə, "bu təhdidlər, şübhəsiz ki, irimiqyaslıdır və qlobal səviyyədə tədbir görülməsini tələb edir". O, "Sİ tərəfindən bütün risklərin - bütövlükdə bəşəriyyət üçün təhdidlərin, ayrı-ayrı insanlar üçün, əhalimiz və institutlarımız üçün təhlükələrin, həmçinin ən həssas əhali qrupları üçün təhlükələrin təhlili və aradan qaldırılmasının" zəruriliyini vurğulayıb.
Harris onu da əlavə edib ki, "Süni intellektdən ictimai maraqları qorumaq üçün istifadə edilməlidir".
Bundan əvvəl ABŞ Prezidenti Co Bayden ciddi süni intellekt sistemlərinin tərtibatçılarını təhlükəsizlik sınaqlarının nəticələrini ABŞ hakimiyyət orqanları ilə bölüşməyə məcbur edən fərman imzalayıb. İcra sərəncamı potensial olaraq "ABŞ-ın milli və iqtisadi təhlükəsizliyi üçün risk" yarada biləcək əsas süni intellekt modellərini inkişaf etdirən şirkətlərə, habelə əhalinin sağlamlığına və təhlükəsizliyinə şamil ediləcək.
Ağ Evin sahibi ABŞ Ticarət Departamentinə səlahiyyətlilərdən yazışmalar alarkən vətəndaşları saxtakarlıqdan qorumaq üçün süni intellekt tərəfindən yaradılmış məzmunun autentifikasiyası və etiketlənməsi üçün təlimatlar yaratmağı tapşırıb. Sərəncama əsasən, ABŞ kritik proqram təminatında zəiflikləri tapmaq və aradan qaldırmaq üçün süni intellekt vasitələrini yaradan qabaqcıl kibertəhlükəsizlik proqramı da hazırlayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0