DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Kliçko: Zelenski səhvlərinin bədəlini ödəyəcək

© Sputnik / Александр Максименко / Mediabanka keçidVitali Kliçko
Vitali Kliçko - Sputnik Azərbaycan, 1920, 03.12.2023
Abunə olmaq
Kiyev meri Prezident Zelenskinin populyarlığının azalmasına təəccüblənmədiyini deyib.
BAKI, 3 dekabr — Sputnik. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı "The Economist" nəşrinə müsabisəndə xüsusi əməliyyatda tam çıxılmaz vəziyyətə düşdüklərindən danışaqkən tam obyektivdir.
Bunu Kiyevin meri Vitali Kliçko İsveçrənin "20 Minuten" nəşrinə müsahibəsində bildirib
"O, həqiqəti söyləyib. Bəzən insanlar həqiqəti eşitmək istəmirlər", - nəşr Kliçkodan sitat gətirir.
Kiyev meri Prezident Zelenskinin populyarlığının azalmasına təəccüblənmədiyini də vurğulayıb.
"İnsanlar kimin effektli, kimin əksinə olduğunu görürlər. Çox gözləntilər var idi və qalır. Zelenski etdiyi səhvlərin əvəzini ödəyir", - deyə siyasətçi bildirib.
Kliçko əlavə edib ki, istənilən halda Zelenskiyə xüsusi əməliyyatın sonuna qədər dəstək veriləcək, lakin bundan sonra "hər bir siyasətçi uğur və ya uğursuzluğunun əvəzini ödəyəcək".
Bundan əvvəl ukraynalıların Ukrayna Silahlı Qüvvələrində ağır itkilərdən şikayətləndiyi bildirilirdi. Yerli sakinlər dinc əhali arasında da yorğunluq olduğunu bildiriblər.
Xəbər lenti
0