CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ETSN-dən sürücülərə hava xəbərdarlığı

© Sputnik / Murad OrujovBakıda duman, arxiv şəkli
Bakıda duman, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.12.2023
Abunə olmaq
Magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimal olunur.
BAKI, 3 dekabr — Sputnik. Bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, dekabrın 4-də əsasən gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimal olunur.
ETSN magistrallarda avtomobillə hərəkət edən sürücülərə dumanlı hava şəraitini nəzərə almağı tövsiyə edir.
02.12.23, 08:00
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu 15-20° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu 14-19°, dağlarda 6-11° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0