https://sputnik.az/20231202/zencefilin-faydalari-ve-zereri-barede-bilmediyimiz-onemli-melumatlar-450515590.html
Zəncəfilin faydaları və zərəri barədə bilmədiyimiz önəmli məlumatlar
Zəncəfilin faydaları və zərəri barədə bilmədiyimiz önəmli məlumatlar
Sputnik Azərbaycan
Diyetoloq Zoya Boqdanova qaraciyər problemləri olan insanlara zəncəfildən imtina etməyi tövsiyə edib. 02.12.2023, Sputnik Azərbaycan
2023-12-02T23:00+0400
2023-12-02T23:00+0400
2023-12-02T23:00+0400
zəncəfil
səhiyyə
öd
mədə-bağırsaq xəstəlikləri
https://cdnn1.img.sputnik.az/img/07e6/04/06/440846419_2:0:3643:2048_1920x0_80_0_0_61e165221a6dd4f60a5bc7671077b24d.jpg
BAKI, 2 dekabr — Sputnik. Zəncəfil ümumiyyətlə virus xəstəliklərindən qoruyan ədviyyat kimi istifadə olunur. Lakin bu ədviyyat hər kəsə faydalı olmur. Bu barədə diyetoloq Zoya Boqdanova bildirib. Zəncəfil antibakterial və virusa qarşı olan xüsusiyyətləri ilə məşhurdur. Bu ədviyyat soyuqdəymə və qrip üçün tövsiyə olunur. Zəncəfil kökü mədə-bağırsaq traktını patoloji bakteriyaların çoxalmasından qoruyur, lakin ondan sui-istifadə etmək məsləhət deyil. "Zəncəfil öd yolları, qaraciyər, bağırsaq və ya reflüks xəstəliyi, mədə və ya onikibarmaq bağırsaq xorası olanlar üçün əks göstərişdir. Bu məhsulda daxili selikli qişaları qıcıqlandıra bilən çoxlu miqdarda maddələr var", - deyə həkim xəbərdarlıq edib. Hətta tamamilə sağlam insanlar da acqarına zəncəfil yeməməlidirlər, bu, turşuluğun və öd ifrazının artmasına səbəb ola bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/06/440846419_457:0:3188:2048_1920x0_80_0_0_5366f13db0389193343ca2b364f497da.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zəncəfil, öd, mədə-bağırsaq xəstəlikləri
zəncəfil, öd, mədə-bağırsaq xəstəlikləri
Zəncəfilin faydaları və zərəri barədə bilmədiyimiz önəmli məlumatlar
Diyetoloq Zoya Boqdanova qaraciyər problemləri olan insanlara zəncəfildən imtina etməyi tövsiyə edib.
BAKI, 2 dekabr — Sputnik. Zəncəfil ümumiyyətlə virus xəstəliklərindən qoruyan ədviyyat kimi istifadə olunur. Lakin bu ədviyyat hər kəsə faydalı olmur.
Bu barədə diyetoloq Zoya Boqdanova bildirib.
Zəncəfil antibakterial və virusa qarşı olan xüsusiyyətləri ilə məşhurdur. Bu ədviyyat soyuqdəymə və qrip üçün tövsiyə olunur. Zəncəfil kökü mədə-bağırsaq traktını patoloji bakteriyaların çoxalmasından qoruyur, lakin ondan sui-istifadə etmək məsləhət deyil.
"Zəncəfil öd yolları, qaraciyər, bağırsaq və ya reflüks xəstəliyi, mədə və ya onikibarmaq bağırsaq xorası olanlar üçün əks göstərişdir. Bu məhsulda daxili selikli qişaları qıcıqlandıra bilən çoxlu miqdarda maddələr var", - deyə həkim xəbərdarlıq edib.
Hətta tamamilə sağlam insanlar da acqarına zəncəfil yeməməlidirlər, bu, turşuluğun və öd ifrazının artmasına səbəb ola bilər.