Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bakıdakı Rus evi dekabr ayı üçün tədbirlər proqramını açıqlayıb

© Photo : Russian House in BakuBakıda Rusiya informasiya və mədniyyət mərkəzi
Bakıda Rusiya informasiya və mədniyyət mərkəzi - Sputnik Azərbaycan, 1920, 02.12.2023
Abunə olmaq
Tədbirlər barədə daha ətraflı məlumatı sosial şəbəkələrdəki hesablardan və http://aze.rs.gov.ru/ru saytından öyrənmək olar.
BAKI, 2 dekabr - Sputnik. Bakıdakı Rus evi dekabr ayı üçün tədbirlər proqramını açıqlayıb.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) AZƏRTAC-a bildiriblər ki, dekabrda Bakıdakı Rus evində müxtəlif auditoriyalar üçün nəzərdə tutulan sərgilər, kino nümayişləri, konsertlər, ədəbi gecələr, mühazirələr, “Nə? Harada? Nə zaman?” intellektual oyunlarının yarışları, maraq klublarının toplantısı və s. keçiriləcək.
Tədbirlər arasında Rəsul Həmzətovun 100 illiyinə və Azərbaycan şairi Səməd Vurğunla onun dostluğuna həsr olunmuş “Salam, əziz dost!” uşaq tamaşasını (dekabrın 7-si), Heydər Əliyevin xatirə gününə həsr olunan bədii gecəni (dekabrın 12-si), Səməd Vurğunun poeziya axşamını (dekabrın 13-ü), “Raxmaninov, Qarayev və poeziya” adlı bədii gecəni (dekabrın 14-ü), Viktor Vasnetsovun illüstrasiyalarının sərgisi ilə bir araya gətirilən rus xalq nağılları axşamını (dekabrın 21-i), Sergey Raxmaninovun 150 illiyinə həsr olunmuş konserti (dekabrın 22-si) qeyd etmək yerinə düşər.
Tədbirlər barədə daha ətraflı məlumatı sosial şəbəkələrdəki hesablardan və http://aze.rs.gov.ru/ru saytından öyrənmək olar.
Xəbər lenti
0