Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Bakı məktəblərində dezinfeksiya işlərinə başlanılıb

© Photo : Baku city Education DepartmentBakı məktəblərində dezinfeksiya işləri
Bakı məktəblərində dezinfeksiya işləri - Sputnik Azərbaycan, 1920, 02.12.2023
Abunə olmaq
Səhhətində narahatlıq müşahidə edilən məktəblilərin valideynləri ilə əlaqə saxlanılır, vəziyyətə uyğun tədbirlərin görülməsi təmin edilir.
BAKI, 2 dekabr - Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində dezinfeksiya işlərinə start verilib.
Bu barədə İdarədən məlumat verilib.
Paytaxt məktəblərində şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən müvafiq qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib.
© Photo : Baku city Education DepartmentBakı məktəblərində dezinfeksiya işləri
Bakı məktəblərində dezinfeksiya işləri - Sputnik Azərbaycan, 1920, 02.12.2023
Bakı məktəblərində dezinfeksiya işləri
BŞTİ-nin təşəbbüsü ilə təhsil müəssisələrində aparılan dezinfeksiya işləri davamlı xarakter daşıyır və vəziyyət nəzarətdə saxlanılır.
Qeyd edək ki, məktəblərdə müvafiq ehtimallar nəzərə alınaraq nəzarət gücləndirilib, pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilib.
© Photo : Baku city Education DepartmentBakı məktəblərində dezinfeksiya işləri
Bakı məktəblərində dezinfeksiya işləri - Sputnik Azərbaycan, 1920, 02.12.2023
Bakı məktəblərində dezinfeksiya işləri
Səhhətində narahatlıq müşahidə edilən məktəblilərin valideynləri ilə əlaqə saxlanılır, vəziyyətə uyğun tədbirlərin görülməsi təmin edilir.
Valideynlərə hər zaman tövsiyə olunur ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil.
Xəbər lenti
0