https://sputnik.az/20231202/alimler-diabet-riskini-azaldan-yerime-suretini-mueyyen-edibler-460986322.html
Alimlər diabet riskini azaldan yerimə sürətini müəyyən ediblər
Alimlər diabet riskini azaldan yerimə sürətini müəyyən ediblər
Sputnik Azərbaycan
Təhlillərə əsasən məlum olub ki, saatda 6 kilometr sürətlə yerimək təhlükəli xəstəliyin alovlanma ehtimalını 39 faiz azaldır. 02.12.2023, Sputnik Azərbaycan
2023-12-02T08:36+0400
2023-12-02T08:36+0400
2023-12-02T08:36+0400
diabet
dünya xəbərləri
ölkə
xəstəlik
qida
https://cdnn1.img.sputnik.az/img/42233/48/422334870_0:247:2669:1748_1920x0_80_0_0_ec815f4a34e9543cf8bbd786bc526dea.jpg
BAKI, 2 dekabr — Sputnik. Sürətlə yeriyərkən insanın 2-ci tip şəkərli diabetə tutulma riski azalır. Bunu "British Journal of Sports Medicine" jurnalında dərc edilmiş beynəlxalq mütəxəssislər komandasının araşdırmasının nəticələri sübut edib. Təhlillərə əsasən məlum olub ki, saatda 6 kilometr sürətlə yerimək təhlükəli xəstəliyin alovlanma ehtimalını 39 faiz azaldır. Eyni zamanda saatda 3-5 kilometr piyada sürəti xəstəliyin inkişaf riskini 24 faiz azaldır. Bundan əlavə, 1 dəqiqə ərzində atılan addımların sayı da mühüm rol oynayır. Mütəxəssislər bildiriblər ki, saatda 4 kilometr sürətlə hərəkət kişilər üçün minimum göstərici 87, qadınlar üçün isə 100 olmalıdır. Onların fikrincə, yüksək sürəti yeriş əzələ gücünün və kardiorespirator sistemin yaxşılaşmasına, həmçinin çəki itirməsinə kömək edir. Qeyd edək ki, müəlliflər 1999-cu ildən 2022-ci ilədək üç ölkədən - Böyük Britaniya, ABŞ və Yaponiyadan 500 mindən çox insanın iştirak etdiyi 10 araşdırmanı təhlil ediblər. Əvvəllər alimlər ömrü uzatmaq üçün hansı qidaların qida rasionuna daxil edilməli olması barədə danışıblar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42233/48/422334870_0:0:2669:2003_1920x0_80_0_0_4de550a8b3129b6c2bddde94fe94c20e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
diabet, ölkə, xəstəlik, qida
diabet, ölkə, xəstəlik, qida
Alimlər diabet riskini azaldan yerimə sürətini müəyyən ediblər
Təhlillərə əsasən məlum olub ki, saatda 6 kilometr sürətlə yerimək təhlükəli xəstəliyin alovlanma ehtimalını 39 faiz azaldır.
BAKI, 2 dekabr — Sputnik. Sürətlə yeriyərkən insanın 2-ci tip şəkərli diabetə tutulma riski azalır.
Bunu "British Journal of Sports Medicine" jurnalında dərc edilmiş beynəlxalq mütəxəssislər komandasının araşdırmasının nəticələri sübut edib.
Təhlillərə əsasən məlum olub ki, saatda 6 kilometr sürətlə yerimək təhlükəli xəstəliyin alovlanma ehtimalını 39 faiz azaldır. Eyni zamanda saatda 3-5 kilometr piyada sürəti xəstəliyin inkişaf riskini 24 faiz azaldır.
Bundan əlavə, 1 dəqiqə ərzində atılan addımların sayı da mühüm rol oynayır. Mütəxəssislər bildiriblər ki, saatda 4 kilometr sürətlə hərəkət kişilər üçün minimum göstərici 87, qadınlar üçün isə 100 olmalıdır. Onların fikrincə, yüksək sürəti yeriş əzələ gücünün və kardiorespirator sistemin yaxşılaşmasına, həmçinin çəki itirməsinə kömək edir.
Qeyd edək ki, müəlliflər 1999-cu ildən 2022-ci ilədək üç ölkədən - Böyük Britaniya, ABŞ və Yaponiyadan 500 mindən çox insanın iştirak etdiyi 10 araşdırmanı təhlil ediblər.
Əvvəllər alimlər ömrü uzatmaq üçün hansı qidaların qida rasionuna daxil edilməli olması barədə danışıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.