Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Qızılca haqqında nələri bilmək məsləhətdir

Abunə olmaq
Xəstəliyin simptomları, risk qrupunun yaş hədləri və qızılca infeksiyasının mümkün fəsadları haqqında daha ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasında.
Bu ilin aprel ayından etibarən Azərbaycanda qızılca xəstəliyi qeydə alınıb, lakin sentyabr ayından infeksiya kütləvi xarakter alıb. Səhiyyə Nazirliyinin məlumatına görə, həm uşaqlar, həm də böyüklər arasında 300-ə yaxın yoluxma halı var.
Epidemioloji analizlər göstərir ki, infeksiyanın əsas səbəbi peyvəndlərə məhəl qoymamaqdır. Belə ki, yoluxmuş xəstələrin 95%-i Milli Profilaktik Peyvənd Təqviminə uyğun olaraq vaksin olunmamış uşaqlardır.
Qızılca ən yoluxucu və çox yayılmış infeksiyalardan biri olan kəskin virus xəstəliyidir. Bu xəstəliyin törədicisi hava damcı yolu ilə ötürülən morbillivirus mənşəli RNT tərkibli virusdur. O, müxtəlif təsirlərə (qaynama, dezinfeksiya) qarşı çox aşağı müqavimət göstərir və insan orqanizmindən kənarda olduqca tez ölür.
İnfeksiyanın ötürülməsi üçün xəstə ilə birbaşa təmasda olmaq lazımdır, virusun ötürülməsi praktiki olaraq ümumi əşyalar və üçüncü şəxslər vasitəsilə baş vermir. Xəstəlik halları il boyu, lakin daha çox soyuq mövsümdə qeydə alınır.
Xəstəlik törədici mikroorqanizm (qızılcanın törədicisi) insan orqanizminə daxil olduqdan sonra xəstəliyin inkubasiya dövrü başlayır ki, bu da 7-21 gün davam edir. Bu zaman xəstəliyin simptomları heç bir şəkildə özünü göstərmir, xəstəliyin bu mərhələsində xəstə sağlamlığının pisləşməsindən şikayətlənmir.
Xəbər lenti
0