https://sputnik.az/20231201/neft-qiymetleri-opec-in-qerari-fonunda-daha-da-ucuzlasib-460992632.html
Neft qiymətləri OPEC-in qərarı fonunda daha da ucuzlaşıb
Neft qiymətləri OPEC-in qərarı fonunda daha da ucuzlaşıb
Sputnik Azərbaycan
Dünya neftinin 40%-dən çoxunu istehsal edən "OPEC plyus" sentyabrın sonunda qiymətlərin təxminən 98 dollardan aşağı düşməsi səbəbindən hasilatın azaldılmasına... 01.12.2023, Sputnik Azərbaycan
2023-12-01T11:57+0400
2023-12-01T11:57+0400
2023-12-01T11:57+0400
neft
neft-qaz
qiymət
opec
hasilat
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457290055_0:233:2812:1815_1920x0_80_0_0_9e2c48e4a41b009c23b8e31e0d322251.jpg
BAKI, 1 dekabr — Sputnik. Dünya bazarlarında neft qiymətləri ucuzlaşır. "OPEC plyus" tərəfindən könüllü olaraq neft hasilatının azaldılması bazar gözləntilərinə uyğun gəlmədiyinə görə ardıcıl olaraq neft qiymətləri altıncı həftədir ki, enir. "Brent" markalı neft 39 sent və ya 0,5% ucuzlaşaraq 80,47 dollar, ABŞ-nin Qərbi Texas nefti 23 sent və ya 0,3% ucuzlaşaraq 75,73 dollar olub. Dünya neftinin 40%-dən çoxunu istehsal edən "OPEC plyus" sentyabrın sonunda qiymətlərin təxminən 98 dollardan aşağı düşməsi səbəbindən hasilatın azaldılmasına diqqət yetirir. Səudiyyə Ərəbistanı, Rusiya və digər "OPEC plyus" üzvləri hasilatın könüllü olaraq 900 min barel azaldılmasına əlavə olaraq sutkada 1,3 milyon barel azaldılmasını razılaşdırıb. Daha əvvəl gündəlik hasilatın 2 milyon barel azaldılması müzakirə edilmişdi. Braziliya gələn il OPEC-ə qoşulacağını söyləyib, amma belə bir addım Cənubi Amerikanın ən böyük ölkəsini hasilatı azaltmağa məcbur etməyəcək. Azərbaycan "OPEC plyus"un 36-cı iclasında təmsil olunub Qeyd edək ki, Energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin onlayn formatda keçirilən 36-cı iclasında iştirak edib. İclasda Braziliyanın 2024-cü ilin yanvarından etibarən "OPEC plyus"a qoşulması razılaşdırılıb. Anqola, Konqo və Nigeriyanın gələn il üçün hasilat kvotaları məsələsinə baxılıb. Bu kvotalar 2024-cü ildə gündəlik neft hasilatının Anqolada 1110 min barel, Konqoda 277 min barel, Nigeriyada isə 1500 min barel həcmində olmasını nəzərdə tutur. Müzakirələr zamanı energetika naziri Pərviz Şahbazov yüksək həmrəylik və rasional tənzimləmə tədbirləri sayəsində 2023-cü ildə qlobal neft bazarındakı vəziyyətin qənaətbəxş olduğunu qeyd edib. Nazir OPEC və qeyri-OPEC ölkələrinin bu birliyinin, konsensus əsasında fəaliyyətinin növbəti il üçün də vacibliyini vurğulayaraq, neft bazarında davamlı sabitlik naminə qərarların qəbulunda yekdilliyi qoruyub saxlamağı tövsiyə edib. Qeyd edək ki, gələn il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir. "OPEC plyus"un növbəti görüşü 2024-cü ilin 1 iyun tarixinə təyin edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1e/457290055_41:0:2772:2048_1920x0_80_0_0_17afcac81ccb5301e79fb368aae55a7f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, qiymət, opec, hasilat
neft, qiymət, opec, hasilat
Neft qiymətləri OPEC-in qərarı fonunda daha da ucuzlaşıb
Dünya neftinin 40%-dən çoxunu istehsal edən "OPEC plyus" sentyabrın sonunda qiymətlərin təxminən 98 dollardan aşağı düşməsi səbəbindən hasilatın azaldılmasına diqqət yetirir.
BAKI, 1 dekabr — Sputnik. Dünya bazarlarında neft qiymətləri ucuzlaşır. "OPEC plyus" tərəfindən könüllü olaraq neft hasilatının azaldılması bazar gözləntilərinə uyğun gəlmədiyinə görə ardıcıl olaraq neft qiymətləri altıncı həftədir ki, enir.
"Brent" markalı neft 39 sent və ya 0,5% ucuzlaşaraq 80,47 dollar, ABŞ-nin Qərbi Texas nefti 23 sent və ya 0,3% ucuzlaşaraq 75,73 dollar olub.
Dünya neftinin 40%-dən çoxunu istehsal edən "OPEC plyus" sentyabrın sonunda qiymətlərin təxminən 98 dollardan aşağı düşməsi səbəbindən hasilatın azaldılmasına diqqət yetirir.
Səudiyyə Ərəbistanı, Rusiya və digər "OPEC plyus" üzvləri hasilatın könüllü olaraq 900 min barel azaldılmasına əlavə olaraq sutkada 1,3 milyon barel azaldılmasını razılaşdırıb. Daha əvvəl gündəlik hasilatın 2 milyon barel azaldılması müzakirə edilmişdi.
Braziliya gələn il OPEC-ə qoşulacağını söyləyib, amma belə bir addım Cənubi Amerikanın ən böyük ölkəsini hasilatı azaltmağa məcbur etməyəcək.
Azərbaycan "OPEC plyus"un 36-cı iclasında təmsil olunub
Qeyd edək ki, Energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin onlayn formatda keçirilən 36-cı iclasında iştirak edib. İclasda Braziliyanın 2024-cü ilin yanvarından etibarən "OPEC plyus"a qoşulması razılaşdırılıb. Anqola, Konqo və Nigeriyanın gələn il üçün hasilat kvotaları məsələsinə baxılıb. Bu kvotalar 2024-cü ildə gündəlik neft hasilatının Anqolada 1110 min barel, Konqoda 277 min barel, Nigeriyada isə 1500 min barel həcmində olmasını nəzərdə tutur.
Müzakirələr zamanı energetika naziri Pərviz Şahbazov yüksək həmrəylik və rasional tənzimləmə tədbirləri sayəsində 2023-cü ildə qlobal neft bazarındakı vəziyyətin qənaətbəxş olduğunu qeyd edib. Nazir OPEC və qeyri-OPEC ölkələrinin bu birliyinin, konsensus əsasında fəaliyyətinin növbəti il üçün də vacibliyini vurğulayaraq, neft bazarında davamlı sabitlik naminə qərarların qəbulunda yekdilliyi qoruyub saxlamağı tövsiyə edib.
Qeyd edək ki, gələn il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.
"OPEC plyus"un növbəti görüşü 2024-cü ilin 1 iyun tarixinə təyin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.