https://sputnik.az/20231201/ermenistan-terefi-bilerekden-butun-prosesleri-yubadir---arzu-nagiyev-460996319.html
Ermənistan tərəfi bilərəkdən bütün prosesləri yubadır - Arzu Nağıyev
Ermənistan tərəfi bilərəkdən bütün prosesləri yubadır - Arzu Nağıyev
Sputnik Azərbaycan
Tərəflər delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər. 01.12.2023, Sputnik Azərbaycan
2023-12-01T13:00+0400
2023-12-01T13:00+0400
2023-12-01T13:00+0400
siyasət
görüş
ermənistan
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/01/460997033_0:142:3138:1907_1920x0_80_0_0_94e742b2771e5b1b6c7614525812b358.jpg
BAKI, 1 dekabr — Sputnik. Noyabrın 30-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın beşinci görüşü keçirilib. Tərəflər delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər. Tərəflər Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi Reqlamentinin mətnini ilkin olaraq razılaşdırıblar. Bəs nazir müavinlərinin sərhəddə baş tutmuş görüşü öz məqsədlərinə nail ola bildimi? Mövzu ilə bağlı millət vəkili Arzu Nağıyev Sputnik Azərbaycan-a danışıb. Millət vəkili Arzu Nağıyev deyir ki, baş nazirlərin sərhəddə keçirilmiş görüşündə elə bir ciddi razılaşma əldə olunmayıb:Millət vəkili görüşü faydalı hesab etmir. O düşünür ki, bu görüşdə qarşıya qoyulan məqsəd öz həllini tapmayıb. Millət vəkili bildirib ki, əvvəlki sərhəd görüşündən uzun bir müddət keçib:"Müzakirə mövzuları dəyişməyib. Azərbaycanın aydın tələbləri və təklifləri var. Bu məqamda Ermənistanın Azərbaycanın sülh sazişi ilə bağlı təklifinə bu yaxınlarda cavab verməsini xatırlatmaq istəyirəm. Yəni, Ermənistan tərəfi bilərəkdən bütün prosesləri yubadır". Millət vəkilinin sözlərinə görə, iki ölkə arasındakı problemi məsələlərin həllini tapmasına mane olan səbəblərin başında xarici təsirlər dayanır:"Ermənistan özünün bir alət dövlət kimi istifadə edilməsinə icazə verdiyi üçün proseslərdə sürətli uğurlar əldə etmək olmur. Bu görüş də delimitasiya komissiyalarının sayca beşinci görüşü idi". Millət vəkili bildirir ki, Ermənistanın xəritələrlə bağlı israrlarına rəğmən Azərbaycanın da bu prosesdə edəcəyi əlavələr var:"Yəni, proses təktərəfli qaydada, Ermənistanın arzu və istəklərinə uyğun həyata keçirilə bilməz. Beynəlxalq hüququn əsas tutulması ilə bu proses tezliklə başa çatdırıla bilər. Ancaq xəritələrlə bağlı hələ də fikir ayrılıqları var. Azərbaycanın əsas tələbi Qazaxın yeddi kəndi və Kərki kəndi ilə bağlıdır. Həmin ərazilər mütləq şəkildə Azərbaycana təhvil verilməlidir. Prosesin uzanması Ermənistanın özünə ziyan gətirə bilər".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/01/460997033_204:0:2935:2048_1920x0_80_0_0_be609c0465c13dbe4f3d136ef680e3c2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
görüş, ermənistan, azərbaycan
görüş, ermənistan, azərbaycan
Ermənistan tərəfi bilərəkdən bütün prosesləri yubadır - Arzu Nağıyev
Tərəflər delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.
BAKI, 1 dekabr — Sputnik. Noyabrın 30-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın beşinci görüşü keçirilib.
Tərəflər delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.
Tərəflər Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi Reqlamentinin mətnini ilkin olaraq razılaşdırıblar.
Bəs nazir müavinlərinin sərhəddə baş tutmuş görüşü öz məqsədlərinə nail ola bildimi?
Mövzu ilə bağlı millət vəkili Arzu Nağıyev Sputnik Azərbaycan-a danışıb.
Millət vəkili Arzu Nağıyev deyir ki, baş nazirlərin sərhəddə keçirilmiş görüşündə elə bir ciddi razılaşma əldə olunmayıb:
"Yenilik ondan ibarətdir ki, sadəcə bir əsasnamə tərtib olunacaq və görüşlərin daha intensiv keçirilməsi barədə qərar qəbul edilib".
Millət vəkili görüşü faydalı hesab etmir. O düşünür ki, bu görüşdə qarşıya qoyulan məqsəd öz həllini tapmayıb.
Millət vəkili bildirib ki, əvvəlki sərhəd görüşündən uzun bir müddət keçib:
"Müzakirə mövzuları dəyişməyib. Azərbaycanın aydın tələbləri və təklifləri var. Bu məqamda Ermənistanın Azərbaycanın sülh sazişi ilə bağlı təklifinə bu yaxınlarda cavab verməsini xatırlatmaq istəyirəm. Yəni, Ermənistan tərəfi bilərəkdən bütün prosesləri yubadır".
Millət vəkilinin sözlərinə görə, iki ölkə arasındakı problemi məsələlərin həllini tapmasına mane olan səbəblərin başında xarici təsirlər dayanır:
"Ermənistan özünün bir alət dövlət kimi istifadə edilməsinə icazə verdiyi üçün proseslərdə sürətli uğurlar əldə etmək olmur. Bu görüş də delimitasiya komissiyalarının sayca beşinci görüşü idi".
"Əvvəlki görüşlərdə olduğu kimi bu dəfəki görüşdə də danışıqların davam etdirilməsi ilə bağlı razılıq əldə olunub. Amma Azərbaycan Ermənistandan müstəqil siyasət yürütməsini gözləyir. Çünki Ermənistanın asılı dövlət olması bütün prosesə əngəl yaradan amildir", - deyə Arzu Nağıyev vurğulayıb.
Millət vəkili bildirir ki, Ermənistanın xəritələrlə bağlı israrlarına rəğmən Azərbaycanın da bu prosesdə edəcəyi əlavələr var:
"Yəni, proses təktərəfli qaydada, Ermənistanın arzu və istəklərinə uyğun həyata keçirilə bilməz. Beynəlxalq hüququn əsas tutulması ilə bu proses tezliklə başa çatdırıla bilər. Ancaq xəritələrlə bağlı hələ də fikir ayrılıqları var. Azərbaycanın əsas tələbi Qazaxın yeddi kəndi və Kərki kəndi ilə bağlıdır. Həmin ərazilər mütləq şəkildə Azərbaycana təhvil verilməlidir. Prosesin uzanması Ermənistanın özünə ziyan gətirə bilər".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.