https://sputnik.az/20231201/dinozavrlarin-yox-olmasinin-yeni-sebebi-uze-cixib-460930748.html
Dinozavrların yox olmasının yeni səbəbi üzə çıxıb
Dinozavrların yox olmasının yeni səbəbi üzə çıxıb
Sputnik Azərbaycan
Süxurların tədqiqi göstərib ki, Yer kürəsində bir sıra irimiqyaslı püskürmələr baş verib və bu püskürmə zamanı atmosferə çoxlu miqdarda kükürd və ftor... 01.12.2023, Sputnik Azərbaycan
2023-12-01T08:03+0400
2023-12-01T08:03+0400
2023-12-01T08:03+0400
dinozavr
elm
vulkan
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/18/460849863_0:1:3639:2048_1920x0_80_0_0_1ebf367b4f7e34df42a4c98fda236263.jpg
BAKI, 01 dekabr — Sputnik. Asteroidin düşməsi dinozavrların yox olmasına səbəb olan yeganə səbəb deyil. Araşdırma göstərib ki, kataklizmdən əvvəl Yer kürəsində qlobal iqlim dəyişiklikləri baş verib. Bunu Makgilla Universitetinin (Kanada) alimləri bildiriblər. Alimlər Qərbi Hindistanda ərimiş lavadan əmələ gələn böyük qayalıq yayla olan Deccan tələlərini tədqiq ediblər. Onun həcmi bir milyon kub kilometr süxur olaraq qiymətləndirilib. Onlar, həmçinin dünyanın digər yerlərində, xüsusən də İngiltərə və İsveçdə vulkanik qayaları təhlil ediblər. Süxurların tədqiqi göstərib ki, Yer kürəsində bir sıra irimiqyaslı püskürmələr baş verib və bu püskürmə zamanı atmosferə çoxlu miqdarda kükürd və ftor buraxılıb. Bu hadisələr vulkanik qışa - planetdə temperaturun qlobal azalmasına səbəb ola bilər. "Tədqiqatımız göstərdi ki, iqlim şəraiti, dinozavrların yox olmasından əvvəl onilliklər boyu davam edən təkrar vulkanik qışlar ilə, demək olar ki, qeyri-sabit olub" - alimlər yekun qərara gəliblər. Belə şərait həm bitkilər, həm də heyvanlar, o cümlədən dinozavrlar üçün əlverişsiz idi. "Science Advances" xəbər verib ki, tədqiqatçıların fikrincə, onlar dinozavrların tamamilə yox olması üçün "zəmin hazırlayıblar". Xatırladaq ki, başqa bir araşdırmada dinozavrların nəslinin kəsilməsinə əsas səbəb kimi toz göstərilirdi. Belçikalı alimlər kompüter modelləşdirmə apardıqdan sonra bu qənaətə gəliblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/18/460849863_454:0:3185:2048_1920x0_80_0_0_21344b8b96f4c30a2fff2e37c931c57a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
dinozavr, vulkan
Dinozavrların yox olmasının yeni səbəbi üzə çıxıb
Süxurların tədqiqi göstərib ki, Yer kürəsində bir sıra irimiqyaslı püskürmələr baş verib və bu püskürmə zamanı atmosferə çoxlu miqdarda kükürd və ftor buraxılıb.
BAKI, 01 dekabr — Sputnik. Asteroidin düşməsi dinozavrların yox olmasına səbəb olan yeganə səbəb deyil. Araşdırma göstərib ki, kataklizmdən əvvəl Yer kürəsində qlobal iqlim dəyişiklikləri baş verib.
Bunu Makgilla Universitetinin (Kanada) alimləri bildiriblər.
Alimlər Qərbi Hindistanda ərimiş lavadan əmələ gələn böyük qayalıq yayla olan Deccan tələlərini tədqiq ediblər. Onun həcmi bir milyon kub kilometr süxur olaraq qiymətləndirilib. Onlar, həmçinin dünyanın digər yerlərində, xüsusən də İngiltərə və İsveçdə vulkanik qayaları təhlil ediblər.
Süxurların tədqiqi göstərib ki, Yer kürəsində bir sıra irimiqyaslı püskürmələr baş verib və bu püskürmə zamanı atmosferə çoxlu miqdarda kükürd və ftor buraxılıb. Bu hadisələr vulkanik qışa - planetdə temperaturun qlobal azalmasına səbəb ola bilər.
"Tədqiqatımız göstərdi ki, iqlim şəraiti, dinozavrların yox olmasından əvvəl onilliklər boyu davam edən təkrar vulkanik qışlar ilə, demək olar ki, qeyri-sabit olub" - alimlər yekun qərara gəliblər.
Belə şərait həm bitkilər, həm də heyvanlar, o cümlədən dinozavrlar üçün əlverişsiz idi. "Science Advances" xəbər verib ki, tədqiqatçıların fikrincə, onlar dinozavrların tamamilə yox olması üçün "zəmin hazırlayıblar".
Xatırladaq ki, başqa bir araşdırmada dinozavrların nəslinin kəsilməsinə əsas səbəb kimi toz göstərilirdi. Belçikalı alimlər kompüter modelləşdirmə apardıqdan sonra bu qənaətə gəliblər.