CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dietoloq gec axşam yeməyinin orqanizmə mənfi təsirindən danışıb

© Depositphotos.com / IgorVetushkoDieta
Dieta - Sputnik Azərbaycan, 1920, 01.12.2023
Abunə olmaq
Dietoloq bitki əsaslı şam yeməyi və ya bir ovuc quru meyvə yeməyi məsləhət görüb. O, həmçinin xatırladıb ki, fiziki fəaliyyət və müsbət emosiyalar yuxunu yaxşılaşdıra bilər.
BAKI, 1 dekabr — Sputnik. Gec axşam yeməyi xroniki yorğunluğa, həmçinin mədə-bağırsaq və ürək-damar xəstəliklərinin inkişafına səbəb ola bilər.
Bu barədə dietoloq-məsləhətçi Aleksey Kabanov "Pravda.Ru" ilə söhbətində məlumat verib.
Mütəxəssis izah edib ki, axşam saat səkkizdən sonra hər hansı tam doyumlu yemək mədə-bağırsaq traktını çox yükləyir. Onun sözlərinə görə, bu halda orqanizm qidaları uzun müddət həzm edəcək və bu səbəbdən insanın şəkər və xolesterinin səviyyəsi yüksələcək. Ancaq gecə saatlarında ət və ya süd məhsulları yeyirsinizsə, vəziyyət daha da pisləşə bilər.

"Bədəniniz bu ağır və ümumiyyətlə zərərli qidaları həzm etmək üçün çox çalışmalıdır. İçərisində çox miqdarda olan doymuş yağların həzm edilməsi çox uzun çəkir, qanda şəkər və xolesterinin səviyyəsi yüksəlir ki, bu da gecə saatlarında baş verdikdə xüsusilə təhlükəlidir. Ürək-damar xəstəlikləri, şəkərli diabet, piylənmə riski xeyli artır".

Dietoloq bitki əsaslı şam yeməyi və ya bir ovuc quru meyvə yeməyi məsləhət görüb. O, həmçinin xatırladıb ki, fiziki fəaliyyət və müsbət emosiyalar yuxunu yaxşılaşdıra bilər.
"Təmiz havada gəzinti yaxşı yuxu üçün idealdır. Sağlam və möhkəm yuxu olmadan aktiv olmaq mümkün deyil. Başqa bir vasitə xoşbəxtlik və ya həyatdan məmnunluqdur. Sadəcə xoşbəxt olmaq çox vacibdir. Həyatda ən kiçik müsbət hadisələrdən həzz almağı öyrənin", - deyə Kabanov sözünü yekunlaşdırıb.
Daha əvvəl geştalt-terapevt Olesya Şipilova arıqlama prosesində ən çox yayılmış üç səhvin adını çəkmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0