https://sputnik.az/20231201/daha-bir-usaq-qizilcadan-telef-oldu-460989945.html
Sabirabadda ölən uşaqla bağlı açıqlama -TƏBİB
Sabirabadda ölən uşaqla bağlı açıqlama -TƏBİB
Sputnik Azərbaycan
Yaqub Tağıyev rayonda qızılcaya yoluxma hallarının tək-tək müşahidə olunduğunu söyləyib. 01.12.2023, Sputnik Azərbaycan
2023-12-01T12:09+0400
2023-12-01T12:09+0400
2023-12-01T12:09+0400
səhiyyə
qızılca
sabirabad
ölüm
körpə
təbib
https://cdnn1.img.sputnik.az/img/42380/78/423807884_0:53:1921:1133_1920x0_80_0_0_4304c9a8d5b248d118814b07b6877cca.jpg
BAKI, 1 dekabr — Sputnik. 2022-ci il təvəllüdlü azyaşlı 30.11.2023-cü il tarixində saat 12:47 radələrində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Ona qızılcanın ağırlaşmış forması, neyrotoksikoz, ensefalit, kəskin tənəffüs, ürək-damar çatışmazlığı (III dərəcə) diaqnozları qoyulub. Pasiyentin yanaşı diaqnozu qavrama zəifliyi olub. Azyaşlı Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlı 01.12.2023-cü il tarixində saat 00:15 radələrində vəfat edib. Bu barədə TƏBİB-dən Sputnik Azərbaycan-ını sorğusuna verilən cavabda deyilir.Qeyd olunur ki, Azyaşlı doğum evində hepatit və vərəm əleyhinə peyvənd olunub. Valideyni tərəfindən digər peyvəndlərdən imtina ərizəsi yazılıb.Xatırladaq ki, Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, bu gün səhər saatlarında ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılan 2022-ci il təvəllüdlü uşağın artıq vəfat etməsi məlum olub. Bildirilir ki, körpə xəstəxanaya yüksək temperaturla çatdırılıb. Onun qızılcadan dünyasını dəyişdiyi bildirilib. Sabirabad Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Yaqub Tağıyev Sputnik Azərbaycan-a bildirilmişdi ki, qızılcadan uşaq ölümü ilə bağlı hələ ki, onlara məlumat daxil olmayıb.Bununla belə, o, rayonda qızılcaya yoluxma hallarının tək-tək müşahidə olunduğunu söyləyib. Qeyd edək ki, son günlərdə ölkənin müxtəlif yerlərində qızılcaya kütləvi yoluxma halları baş verməkdədir.Noyabrın 29-da Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan 9 yaşlı Rinat Cahangirli, noyabrın 23-də isə Kürdəmir rayonunda 4 yaşlı Rüfət Qəribli qızılcadan vəfat edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42380/78/423807884_0:0:1707:1280_1920x0_80_0_0_d5d747acb3cbf5f98ca009bff6d2e5ed.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
qızılca, sabirabad, ölüm, körpə, təbib
qızılca, sabirabad, ölüm, körpə, təbib
Sabirabadda ölən uşaqla bağlı açıqlama -TƏBİB
Yaqub Tağıyev rayonda qızılcaya yoluxma hallarının tək-tək müşahidə olunduğunu söyləyib.
BAKI, 1 dekabr — Sputnik. 2022-ci il təvəllüdlü azyaşlı 30.11.2023-cü il tarixində saat 12:47 radələrində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Ona qızılcanın ağırlaşmış forması, neyrotoksikoz, ensefalit, kəskin tənəffüs, ürək-damar çatışmazlığı (III dərəcə) diaqnozları qoyulub. Pasiyentin yanaşı diaqnozu qavrama zəifliyi olub. Azyaşlı Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlı 01.12.2023-cü il tarixində saat 00:15 radələrində vəfat edib. Bu barədə TƏBİB-dən Sputnik Azərbaycan-ını sorğusuna verilən cavabda deyilir.
Qeyd olunur ki, Azyaşlı doğum evində hepatit və vərəm əleyhinə peyvənd olunub. Valideyni tərəfindən digər peyvəndlərdən imtina ərizəsi yazılıb.
Xatırladaq ki, Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, bu gün səhər saatlarında ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılan 2022-ci il təvəllüdlü uşağın artıq vəfat etməsi məlum olub. Bildirilir ki, körpə xəstəxanaya yüksək temperaturla çatdırılıb. Onun qızılcadan dünyasını dəyişdiyi bildirilib.
Sabirabad Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Yaqub Tağıyev Sputnik Azərbaycan-a bildirilmişdi ki, qızılcadan uşaq ölümü ilə bağlı hələ ki, onlara məlumat daxil olmayıb.
Bununla belə, o, rayonda qızılcaya yoluxma hallarının tək-tək müşahidə olunduğunu söyləyib.
Qeyd edək ki, son günlərdə ölkənin müxtəlif yerlərində qızılcaya kütləvi yoluxma halları baş verməkdədir.
Noyabrın 29-da Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan 9 yaşlı Rinat Cahangirli, noyabrın 23-də isə Kürdəmir rayonunda 4 yaşlı Rüfət Qəribli qızılcadan vəfat edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.