https://sputnik.az/20231201/ceyhun-bayramov-atet-in-bas-katibi-ile-gorusub-460991514.html
Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə görüşüb
Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə görüşüb
Sputnik Azərbaycan
Nazir Ceyhun Bayramov ərazi bütövlüyü və suverenlik kimi təməl prinsiplərinə hörmətlə yanaşılmasında ATƏT-in daha effektiv yanaşma sərgiləməsinin əhəmiyyətini... 01.12.2023, Sputnik Azərbaycan
2023-12-01T11:11+0400
2023-12-01T11:11+0400
2023-12-01T11:11+0400
siyasət
ceyhun bayramov
atət
baş katib
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/1f/460106314_0:0:3072:1728_1920x0_80_0_0_aa956f7810008e1aa15aad7527a5a71a.jpg
BAKI, 1 dekabr — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 30-da Skopye şəhərində ATƏT Nazirlər Şurasının 30-cu iclasında iştirakı çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmid ilə görüşüb. XİN-in məlumatına görə, görüş zamanı Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri, hazırda ATƏT-in üzləşdiyi çağırışlar, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov beynəlxalq hüququn əsas müddəalarına, o cümlədən ərazi bütövlüyü və suverenlik kimi təməl prinsiplərinə hörmətlə yanaşılmasında, bu prinsiplərin qorunub saxlanılmasında çoxtərəfli platformaların, o cümlədən ATƏT-in daha effektiv yanaşma sərgiləməsinin əhəmiyyətini vurğulayıb. Görüşdə post-münaqişə dövründə regionumuzda yaranmış reallıqlar, işğaldan azad olunmuş ərazilərimizin bərpası və məcburi köçkünlərin mərhələli şəkildə həmin ərazilərə qayıdışı, bərpa-qayıdış fəaliyyətlərinə ən böyük əngəl kimi mina təhdidi, eləcə də sülh prosesinin irəliyə aparılması istiqamətində ölkəmizin səyləri diqqətə çatdırılıb. Ermənistanın götürdüyü öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən silahlı qüvvələrini çıxarmaması fonunda ölkəmiz tərəfindən cari ilin sentyabr ayında 24 saat ərzində həyata keçirilmiş anti-terror tədbirləri barədə qarşı tərəf məlumatlandırılıb. Beynəlxalq təşkilatların nümayəndələrinin də təsdiqlədiyi kimi, bu prosesdə mülki şəxslərə qarşı heç bir zorakılıq faktının olmadığı vurğulanıb, erməni sakinlərin ərazilərimizi tərk etməsinə gəlincə, bunun məsuliyyətinin Ermənistanın və onun tabeçiliyində olmuş qondarma rejimin üzərinə düşdüyü vurğulanıb. Bu xüsusda, ərazi bütövlüyü və suverenliyin bərpası kimi beynəlxalq hüququn əsas prinsiplərinə münasibətdə ikili standartların, selektiv yanaşmanın tətbiqinin qəbuledilməzliyi qeyd olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/1f/460106314_341:0:3072:2048_1920x0_80_0_0_340246cb1d3df4ceed39c465b0102e29.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ceyhun bayramov, atət, baş katib
ceyhun bayramov, atət, baş katib
Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə görüşüb
Nazir Ceyhun Bayramov ərazi bütövlüyü və suverenlik kimi təməl prinsiplərinə hörmətlə yanaşılmasında ATƏT-in daha effektiv yanaşma sərgiləməsinin əhəmiyyətini vurğulayıb.
BAKI, 1 dekabr — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov noyabrın 30-da Skopye şəhərində ATƏT Nazirlər Şurasının 30-cu iclasında iştirakı çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmid ilə görüşüb.
XİN-in məlumatına görə, görüş zamanı Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri, hazırda ATƏT-in üzləşdiyi çağırışlar, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov beynəlxalq hüququn əsas müddəalarına, o cümlədən ərazi bütövlüyü və suverenlik kimi təməl prinsiplərinə hörmətlə yanaşılmasında, bu prinsiplərin qorunub saxlanılmasında çoxtərəfli platformaların, o cümlədən ATƏT-in daha effektiv yanaşma sərgiləməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə post-münaqişə dövründə regionumuzda yaranmış reallıqlar, işğaldan azad olunmuş ərazilərimizin bərpası və məcburi köçkünlərin mərhələli şəkildə həmin ərazilərə qayıdışı, bərpa-qayıdış fəaliyyətlərinə ən böyük əngəl kimi mina təhdidi, eləcə də sülh prosesinin irəliyə aparılması istiqamətində ölkəmizin səyləri diqqətə çatdırılıb.
Ermənistanın götürdüyü öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən silahlı qüvvələrini çıxarmaması fonunda ölkəmiz tərəfindən cari ilin sentyabr ayında 24 saat ərzində həyata keçirilmiş anti-terror tədbirləri barədə qarşı tərəf məlumatlandırılıb.
Beynəlxalq təşkilatların nümayəndələrinin də təsdiqlədiyi kimi, bu prosesdə mülki şəxslərə qarşı heç bir zorakılıq faktının olmadığı vurğulanıb, erməni sakinlərin ərazilərimizi tərk etməsinə gəlincə, bunun məsuliyyətinin Ermənistanın və onun tabeçiliyində olmuş qondarma rejimin üzərinə düşdüyü vurğulanıb.
Bu xüsusda, ərazi bütövlüyü və suverenliyin bərpası kimi beynəlxalq hüququn əsas prinsiplərinə münasibətdə ikili standartların, selektiv yanaşmanın tətbiqinin qəbuledilməzliyi qeyd olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.