https://sputnik.az/20231201/azerbaycanda-hansi-yerlerde-tikilen-evlere-kupca-verilmir-460971098.html
Azərbaycanda hansı yerlərdə tikilən evlərə "kupça" verilmir?
Azərbaycanda hansı yerlərdə tikilən evlərə "kupça" verilmir?
Sputnik Azərbaycan
Fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alınarkən həmin torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına və məqsədli təyinatının isə... 01.12.2023, Sputnik Azərbaycan
2023-12-01T09:33+0400
2023-12-01T09:33+0400
2023-12-01T09:33+0400
kupça
torpaq
cəmiyyət
ev
tikinti
tikinti sahəsi
bələdiyyə
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/10/460604880_0:120:1280:840_1920x0_80_0_0_231b1a46f665723f9ff52d7bcaccfb8e.jpg
BAKI, 1 dekabr — Sputnik. "Tikinti işlərinin aparılması qadağan edilən yerlərdə qanunsuz inşa edilən evlərə çıxarışların verilməsi mümkün deyil. Çox yüksək gərginlikli elektrik xətlərinin altında, neft, su və qaz borularının üzərində və digər tikililərin qadağan edildiyi yerlərdə qanunsuz inşa edilən evlər buraya daxildir". Bunu daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a tikililərin qadağan edildiyi ərazilərdə inşa edilən evlərdən danışarkən deyib. O bildirib ki, məsələn, Bakı və Abşeron yarımadasında çoxlu sayda palçıq vulkanları yerləşir: "Palçıq vulkanlarının ərazilərində hər hansı tikinti işlərinin aparılması qadağandır. Lakin hazırda vulkanik dağların ətrafında yaşayış evləri mövcuddur ki, bunlara da çıxarışın verilməsi mümkün deyil. Ümumiyyətlə, həmin ərazilərdə evlərin tikintisi yolverilməzdir". "Bakı və Abşeron rayonunda 500000-ə yaxın çıxarış ala bilməyən həyət evləri var" Ekspertin sözlərinə görə, qeyri-rəsmi məlumata əsasən, Bakı şəhəri və Abşeron rayonunda 500000-ə yaxın çıxarış ala bilməyən fərdi həyət evləri var: "Çünki bunların bir hissəsi tikinti işlərinin qadağan olunduğu ərazilərdə, bir qismi isə kənd təsərrüfatı təyinatlı torpaq sahələrində inşa edilib. Bu səbəbdən həmin həyət evlərinə çıxarış verilmir. Bəzi vətəndaşlar bilməyərəkdən həmin ərazilərdə ev tikiblər. Fikrimcə, həmin ərazilərdə "Tikinti işlərinin aparılması qadağandır" sözü yazılmış lövhələr qurulmalıdır". Problemdən çıxış yoluna gəlincə, ekspert bildirib ki, tikinti işlərinin aparılması qadağan edilən yerlərdə tikilən evlər köçürülə bilər yaxud da məsələn, çox yüksək gərginlikli elektrik xətlərinin yeri dəyişdirilə bilər və s. "Bu ilin oktyabr ayının 1-dən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin kommunal xidmətlərə qoşulması qadağan edilib",-deyə ekspert əlavə edib. "Yaşayış evləri ancaq yaşayış məntəqələrinin torpaqlarında tikilə bilər" Hüquqşünas Elyar Həsənov Sputnik Azərbaycan-a deyib ki, Torpaq Məcəlləsinə əsasən, Azərbaycan torpaqları bir sıra kateqoriyalara bölünür: "Bunlar kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu və digər torpaqlardır. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müvafiq orqan tərəfindən həyata keçirilir. Yaşayış evləri ancaq yaşayış məntəqələrinin torpaqlarında tikilə bilər. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqlarda yaşayış evləri inşa edilə bilməz. Vətəndaşlar fərdi ev tikməzdən əvvəl mütləq torpaqların kateqoriyasına, sənədinə baxmalıdırlar". Özbaşına tikinti nə deməkdir? Əmlak Məsələləri Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a bildiriblər ki, Mülki Məcəllənin 180-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. "İlk öncə torpaq sahəsinin hansı kateqoriyaya aid olmasına fikir verilməlidir" Bildirilib ki, torpaq sahələri alınarkən ilk öncə torpaq sahəsinin hansı kateqoriyaya aid olmasına fikir verilməlidir: "Məsələn, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alınarkən həmin torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına və məqsədli təyinatının isə həyətyanı məqsədlər üçün nəzərdə tutulmuş torpaq sahələrinə aid olub-olmaması aydınlaşdırılmalıdır. Torpaqların məqsədli təyinatdan kənar başqa məqsədlər üçün istifadə edilməsi yolveriməzdir". "Torpaq sahəsi üzərində hüquqlar dövlət reyestrində qeydiyyatdan keçməlidir" Xidmətdən diqqətə çatdırılıb ki, vətəndaşlar torpaq sahəsi əldə etməmişdən öncə həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçib-keçməməsini də müəyyən etməlidirlər: "Əgər torpaq sahəsi üzərində hüquqlar dövlət reyestrində qeydiyyatdan keçməyibsə, hüquqlar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməyibsə, həmin torpaq sahəsinin notarial qaydada alqı-satqısı mümkün deyil". Vurğulanıb ki, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" qanuna əsasən, elektrik, rabitə, neft-qaz, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. Xatırladaq ki, Torpaq Məcəlləsinə əsasən, akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/10/460604880_0:0:1280:960_1920x0_80_0_0_2c5774e52ff18584196f03a99a924716.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
kupça, torpaq, ev, tikinti, tikinti sahəsi, bələdiyyə
kupça, torpaq, ev, tikinti, tikinti sahəsi, bələdiyyə
Azərbaycanda hansı yerlərdə tikilən evlərə "kupça" verilmir?
Fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alınarkən həmin torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına və məqsədli təyinatının isə həyətyanı məqsədlər üçün nəzərdə tutulmuş torpaq sahələrinə aid olub-olmaması aydınlaşdırılmalıdır.
BAKI, 1 dekabr — Sputnik. "Tikinti işlərinin aparılması qadağan edilən yerlərdə qanunsuz inşa edilən evlərə çıxarışların verilməsi mümkün deyil. Çox yüksək gərginlikli elektrik xətlərinin altında, neft, su və qaz borularının üzərində və digər tikililərin qadağan edildiyi yerlərdə qanunsuz inşa edilən evlər buraya daxildir".
Bunu daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a tikililərin qadağan edildiyi ərazilərdə inşa edilən evlərdən danışarkən deyib.
O bildirib ki, məsələn, Bakı və Abşeron yarımadasında çoxlu sayda palçıq vulkanları yerləşir:
"Palçıq vulkanlarının ərazilərində hər hansı tikinti işlərinin aparılması qadağandır. Lakin hazırda vulkanik dağların ətrafında yaşayış evləri mövcuddur ki, bunlara da çıxarışın verilməsi mümkün deyil. Ümumiyyətlə, həmin ərazilərdə evlərin tikintisi yolverilməzdir".
"Bakı və Abşeron rayonunda 500000-ə yaxın çıxarış ala bilməyən həyət evləri var"
Ekspertin sözlərinə görə, qeyri-rəsmi məlumata əsasən, Bakı şəhəri və Abşeron rayonunda 500000-ə yaxın çıxarış ala bilməyən fərdi həyət evləri var:
"Çünki bunların bir hissəsi tikinti işlərinin qadağan olunduğu ərazilərdə, bir qismi isə kənd təsərrüfatı təyinatlı torpaq sahələrində inşa edilib. Bu səbəbdən həmin həyət evlərinə çıxarış verilmir. Bəzi vətəndaşlar bilməyərəkdən həmin ərazilərdə ev tikiblər. Fikrimcə, həmin ərazilərdə "Tikinti işlərinin aparılması qadağandır" sözü yazılmış lövhələr qurulmalıdır".
Problemdən çıxış yoluna gəlincə, ekspert bildirib ki, tikinti işlərinin aparılması qadağan edilən yerlərdə tikilən evlər köçürülə bilər yaxud da məsələn, çox yüksək gərginlikli elektrik xətlərinin yeri dəyişdirilə bilər və s.
"Bu ilin oktyabr ayının 1-dən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin kommunal xidmətlərə qoşulması qadağan edilib",-deyə ekspert əlavə edib.
"Yaşayış evləri ancaq yaşayış məntəqələrinin torpaqlarında tikilə bilər"
Hüquqşünas Elyar Həsənov Sputnik Azərbaycan-a deyib ki, Torpaq Məcəlləsinə əsasən, Azərbaycan torpaqları bir sıra kateqoriyalara bölünür:
"Bunlar kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu və digər torpaqlardır. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müvafiq orqan tərəfindən həyata keçirilir. Yaşayış evləri ancaq yaşayış məntəqələrinin torpaqlarında tikilə bilər. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqlarda yaşayış evləri inşa edilə bilməz. Vətəndaşlar fərdi ev tikməzdən əvvəl mütləq torpaqların kateqoriyasına, sənədinə baxmalıdırlar".
Özbaşına tikinti nə deməkdir?
Əmlak Məsələləri Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a bildiriblər ki, Mülki Məcəllənin 180-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
"İlk öncə torpaq sahəsinin hansı kateqoriyaya aid olmasına fikir verilməlidir"
Bildirilib ki, torpaq sahələri alınarkən ilk öncə torpaq sahəsinin hansı kateqoriyaya aid olmasına fikir verilməlidir: "Məsələn, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alınarkən həmin torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına və məqsədli təyinatının isə həyətyanı məqsədlər üçün nəzərdə tutulmuş torpaq sahələrinə aid olub-olmaması aydınlaşdırılmalıdır. Torpaqların məqsədli təyinatdan kənar başqa məqsədlər üçün istifadə edilməsi yolveriməzdir".
"Torpaq sahəsi üzərində hüquqlar dövlət reyestrində qeydiyyatdan keçməlidir"
Xidmətdən diqqətə çatdırılıb ki, vətəndaşlar torpaq sahəsi əldə etməmişdən öncə həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçib-keçməməsini də müəyyən etməlidirlər: "Əgər torpaq sahəsi üzərində hüquqlar dövlət reyestrində qeydiyyatdan keçməyibsə, hüquqlar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməyibsə, həmin torpaq sahəsinin notarial qaydada alqı-satqısı mümkün deyil".
Vurğulanıb ki, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" qanuna əsasən, elektrik, rabitə, neft-qaz, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir.
Xatırladaq ki, Torpaq Məcəlləsinə əsasən, akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir.