Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan Pakistan arasında Anlaşma Memorandumu imzalayıb

© AFP 2024 / AAMIR QURESHIPakistan bayrağı, arxiv şəkli
Pakistan bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.12.2023
Abunə olmaq
Memorandumda tərəflər həm ölkə daxilində, həm də beynəlxalq miqyasda mühasib və audit peşəsi ilə bağlı fikirlərini bölüşməyə razılıqlarını bildirirlər.
BAKI, 1 dekabr — Sputnik. Auditorlar Palatası Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu (ICAP) ilə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıb.
Memorandumu Palatanın sədri Vahid Novruzov və ICAP-nın prezidenti Məhəmməd Əli Lətif imzalayıblar.
Sənəddə tərəflər həm ölkə daxilində, həm də beynəlxalq miqyasda mühasib və audit peşəsi ilə bağlı fikirlərini bölüşməyə razılıqlarını bildirirlər.
Eyni zamanda onlar qarşılıqlı maraq doğuran məsələlər üzrə, o cümlədən hər iki tərəfin müvafiq ixtisaslı üzvləri üçün tanınma tədbirlərinin və üzvolma yollarının işlənib hazırlanması üzrə birgə işləmək, peşənin xeyri naminə texniki və ya digər məlumatlarla bağlı bilik mübadiləsi aparmaq imkanlarını araşdıracaqlar.
Xatırladaq ki, bu ilin iyul ayında Auditorlar Palatası ilə İsrailin Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutu arasında da əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0