https://sputnik.az/20231201/azerbaycan-iqlim-deyismelerine-hessas-olan-olkelerdendir---nazir-muavini-461003570.html
Azərbaycan iqlim dəyişmələrinə həssas olan ölkələrdəndir - Nazir müavini
Azərbaycan iqlim dəyişmələrinə həssas olan ölkələrdəndir - Nazir müavini
Sputnik Azərbaycan
Azərbaycan 2050-ci ilə qədər istilik effekti yaradan qazların emissiyalarının daha 40 faiz azaldılması haqqında öhdəlik götürüb. 01.12.2023, Sputnik Azərbaycan
2023-12-01T14:25+0400
2023-12-01T14:25+0400
2023-12-01T14:25+0400
cəmiyyət
umayra tağıyeva
iqlim
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/41603/63/416036389_0:0:1501:844_1920x0_80_0_0_65dbb460834c135e9b0c1c0798f1fa82.jpg
BAKI, 1 dekabr — Sputnik. "Azərbaycanın qlobal emissiyalarda payı çox cüzi, yəni cəmi 0.15 faizdir. Buna baxmayaraq, beynəlxalq səylərə dəstək üçün Azərbaycan konvensiyanın (Paris iqlim sazişi - red.) katibliyinə öz yeni öhdəlikləri haqqında məlumatı təqdim edib". Bu fikirləri ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Azərbaycan 2050-ci ilə qədər istilik effekti yaradan qazların emissiyalarının daha 40 faiz azaldılması haqqında öhdəlik götürüb: U.Tağıyeva qeyd edib ki, Azərbaycan iqlim dəyişmələrinə həssas olan ölkələrdəndir:"Son illərin statistik təhlilləri göstərir ki, ölkəmizin iqlim dəyişmələrinə həssaslıq indeksi artır. Ölkələrin qarşısında duran əsas vəzifə erkən xəbərdarlıq sisteminin yaradılmasıdır. 2027-ci ilə qədər hər kəs üçün əsas vəzifə qoyulub. Ölkəmiz hidrometeroloji sahədə ən yeni müşahidə sistemləri ilə təchiz olunub".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41603/63/416036389_23:0:1356:1000_1920x0_80_0_0_5fb0eba80af318cdc6c705f7950494fa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
umayra tağıyeva, iqlim, azərbaycan
umayra tağıyeva, iqlim, azərbaycan
Azərbaycan iqlim dəyişmələrinə həssas olan ölkələrdəndir - Nazir müavini
Azərbaycan 2050-ci ilə qədər istilik effekti yaradan qazların emissiyalarının daha 40 faiz azaldılması haqqında öhdəlik götürüb.
BAKI, 1 dekabr — Sputnik. "Azərbaycanın qlobal emissiyalarda payı çox cüzi, yəni cəmi 0.15 faizdir. Buna baxmayaraq, beynəlxalq səylərə dəstək üçün Azərbaycan konvensiyanın (Paris iqlim sazişi - red.) katibliyinə öz yeni öhdəlikləri haqqında məlumatı təqdim edib".
Bu fikirləri ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan 2050-ci ilə qədər istilik effekti yaradan qazların emissiyalarının daha 40 faiz azaldılması haqqında öhdəlik götürüb:
"Eyni zamanda işğaldan azad olunmuş ərazilərin karbon neytrallığı zonası elan olunub. İqlim dəyişmələrinə təsirlərin azaldılması üçün dünya təcrübəsində yaşıllaşdırma fəaliyyətinin həyata keçirilməsinin böyük əhəmiyyəti var. Azərbaycan yaşıllaşdırma fəaliyyətinə görə regionun lideridir. Tək bu il ərzində 2 milyon ağac əkilib, gələcəkdə Azərbaycanın karbon imisiyalarının azaldılmasında rolu olacaq. İlin sonuna qədər rəqəmin 3 milyona çatdırılması nəzərdə tutulur".
U.Tağıyeva qeyd edib ki, Azərbaycan iqlim dəyişmələrinə həssas olan ölkələrdəndir:
"Son illərin statistik təhlilləri göstərir ki, ölkəmizin iqlim dəyişmələrinə həssaslıq indeksi artır. Ölkələrin qarşısında duran əsas vəzifə erkən xəbərdarlıq sisteminin yaradılmasıdır. 2027-ci ilə qədər hər kəs üçün əsas vəzifə qoyulub. Ölkəmiz hidrometeroloji sahədə ən yeni müşahidə sistemləri ilə təchiz olunub".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.