https://sputnik.az/20231130/ust-nin-azerbaycandaki-numayendeliyi-ehaliye-cagiris-edib-460972986.html
ÜST-nin Azərbaycandakı nümayəndəliyi əhaliyə çağırış edib
ÜST-nin Azərbaycandakı nümayəndəliyi əhaliyə çağırış edib
Sputnik Azərbaycan
2021-ci illə müqayisədə ötən il qlobal miqyasda qızılcaya yoluxma hallarının sayı 18%, ölüm hallarının sayı isə 43 % artıb. 30.11.2023, Sputnik Azərbaycan
2023-11-30T15:19+0400
2023-11-30T15:19+0400
2023-11-30T15:37+0400
səhiyyə
üst
qızılca
peyvənd
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/0e/437228989_0:317:3079:2048_1920x0_80_0_0_f119dfd78a372bee32ead0d39df29303.jpg
BAKI, 30 noyabr — Sputnik. Ümumdünya Səhiyyət Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi əhalini qızılcaya qarşı peyvənd olunmağa çağırıb. Bu barədə nümayənədlik sosial şəbəkə hesabında paylaşım edib. Bildirilib ki, 2021-ci illə müqayisədə ötən il qlobal miqyasda qızılcaya yoluxma hallarının sayı 18%, ölüm hallarının sayı isə 43 % artıb. "Qızılca xəstəliyi uşaqların sağlamlığı üçün ciddi təhlükə olaraq qalmaqda davam edir. Qızılcaya qarşı peyvəndləmə əhatəsi 95 %-dən aşağı olduğu zaman bütün ölkələr və icmalar üçün xəstəliyin geniş yayılma riski yaranmış olur. Qızılca 5 yaşdan kiçik uşaqlar üçün daha təhlükəlidir. Bu xəstəlik onlarda pnevmoniya, ensefalit (beyin iltihabı) və ölümlə nəticələnə bilər". ÜST-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib ki, qızılcaya qarşı peyvənd ən effektiv peyvəndlərdən biridir: "2 doza peyvənd qızılca infeksiyasının qarşısını ömürlük almaqda 97% effektivdir". Qeyd olunub ki, 2000-ci ildən 2022-ci ilə qədər qızılcaya qarşı peyvənd qlobal miqyasda 57 milyon insanın qızılcadan ölməsinin qarşısını alıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/0e/437228989_0:0:2731:2048_1920x0_80_0_0_ad7b672ad691e3ebd52f52cfe5df2d3b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
üst, qızılca, peyvənd
ÜST-nin Azərbaycandakı nümayəndəliyi əhaliyə çağırış edib
15:19 30.11.2023 (Yenilənib: 15:37 30.11.2023) 2021-ci illə müqayisədə ötən il qlobal miqyasda qızılcaya yoluxma hallarının sayı 18%, ölüm hallarının sayı isə 43 % artıb.
BAKI, 30 noyabr — Sputnik. Ümumdünya Səhiyyət Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyi əhalini qızılcaya qarşı peyvənd olunmağa çağırıb.
Bu barədə nümayənədlik sosial şəbəkə hesabında paylaşım edib.
Bildirilib ki, 2021-ci illə müqayisədə ötən il qlobal miqyasda qızılcaya yoluxma hallarının sayı 18%, ölüm hallarının sayı isə 43 % artıb.
"Qızılca xəstəliyi uşaqların sağlamlığı üçün ciddi təhlükə olaraq qalmaqda davam edir. Qızılcaya qarşı peyvəndləmə əhatəsi 95 %-dən aşağı olduğu zaman bütün ölkələr və icmalar üçün xəstəliyin geniş yayılma riski yaranmış olur. Qızılca 5 yaşdan kiçik uşaqlar üçün daha təhlükəlidir. Bu xəstəlik onlarda pnevmoniya, ensefalit (beyin iltihabı) və ölümlə nəticələnə bilər".
ÜST-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib ki, qızılcaya qarşı peyvənd ən effektiv peyvəndlərdən biridir: "2 doza peyvənd qızılca infeksiyasının qarşısını ömürlük almaqda 97% effektivdir".
Qeyd olunub ki, 2000-ci ildən 2022-ci ilə qədər qızılcaya qarşı peyvənd qlobal miqyasda 57 milyon insanın qızılcadan ölməsinin qarşısını alıb.