https://sputnik.az/20231130/sahmar-movsumov-azerbaycanda-startaplarin-sayi-3-defe-artib-460964773.html
Şahmar Mövsümov: "Azərbaycanda startapların sayı 3 dəfə artıb"
Şahmar Mövsümov: "Azərbaycanda startapların sayı 3 dəfə artıb"
Sputnik Azərbaycan
Texnoloji parkların yaradılması, elmi-tədqiqat mərkəzlərinin qurulması kimi addımlar sayəsində bütün sektorlarda innovasiyalar üçün zəmin yaratmağa nail... 30.11.2023, Sputnik Azərbaycan
2023-11-30T20:15+0400
2023-11-30T20:15+0400
2023-11-30T20:15+0400
şahmar mövsümov
iqtisadiyyat
https://cdnn1.img.sputnik.az/img/42252/98/422529891_0:0:3073:1728_1920x0_80_0_0_97acd42e28af197f6b115acc8f97c424.jpg
BAKI, 30 noyabr — Sputnik. Azərbaycanda bu il startapların sayı ötən illə müqayisədə 3 dəfə çoxdur. Bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Bakıda keçirilən "Inmerge İnnovasiya Sammiti"ndə bildirib. "Azərbaycan müxtəlif yolların kəsişməsində yerləşir və ölkəmizin çox zəngin mədəni tarixi var. Bu gün biz tərəqqi üçün bir yol yaratmaqdayıq. Azərbaycanın innovasiyaların öncüllüyündə dərin tarixi var. 1847-ci ildə Azərbaycanda ilk dəfə sənaye üsulu ilə neft quyusu qazılıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra vacib islahatlar həyata keçirib. Biz innovasiyalarda tərəfdaş qismində də çıxış edirik. Texnoloji parkların yaradılması, elmi-tədqiqat mərkəzlərinin qurulması kimi addımlar sayəsində bütün sektorlarda innovasiyalar üçün zəmin yaratmağa nail olmuşuq" - o, deyib..Mövsümov əlavə edib ki, Azərbaycanın tərəfdaşlığı dayanıqlı iqtisadi artımın gücləndirilməsinə yönəlib:"Prezidentin təsdiq etdiyi "Azərbaycan 2030" vizyonunda dayanıqlı sosial iqtisadi inkişaf üçün kompleks planlar nəzərdə tutulub. Bizim məramımız neft əsaslı iqtisadiyyatdan şaxələndirilmiş və inkluziv iqtisadiyyata keçiddir. Bunu isə innovasiyalar vasitəsilə etməliyik. Son illər texnologiya parklarına verilən güzəştlər də yerli startapların və texnoloji şirkətlərin fəaliyyətinin təmin edilməsi üçün əlverişli şərait yaradıb".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42252/98/422529891_74:0:2805:2048_1920x0_80_0_0_863c8f6c3d269700e87adcee37471305.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şahmar mövsümov
Şahmar Mövsümov: "Azərbaycanda startapların sayı 3 dəfə artıb"
Texnoloji parkların yaradılması, elmi-tədqiqat mərkəzlərinin qurulması kimi addımlar sayəsində bütün sektorlarda innovasiyalar üçün zəmin yaratmağa nail olmuşuq.
BAKI, 30 noyabr — Sputnik. Azərbaycanda bu il startapların sayı ötən illə müqayisədə 3 dəfə çoxdur.
Bunu Prezidentin köməkçisi Şahmar Mövsümov Bakıda keçirilən "Inmerge İnnovasiya Sammiti"ndə bildirib.
"Azərbaycan müxtəlif yolların kəsişməsində yerləşir və ölkəmizin çox zəngin mədəni tarixi var. Bu gün biz tərəqqi üçün bir yol yaratmaqdayıq. Azərbaycanın innovasiyaların öncüllüyündə dərin tarixi var. 1847-ci ildə Azərbaycanda ilk dəfə sənaye üsulu ilə neft quyusu qazılıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra vacib islahatlar həyata keçirib. Biz innovasiyalarda tərəfdaş qismində də çıxış edirik. Texnoloji parkların yaradılması, elmi-tədqiqat mərkəzlərinin qurulması kimi addımlar sayəsində bütün sektorlarda innovasiyalar üçün zəmin yaratmağa nail olmuşuq" - o, deyib..
Mövsümov əlavə edib ki, Azərbaycanın tərəfdaşlığı dayanıqlı iqtisadi artımın gücləndirilməsinə yönəlib:
"Prezidentin təsdiq etdiyi "Azərbaycan 2030" vizyonunda dayanıqlı sosial iqtisadi inkişaf üçün kompleks planlar nəzərdə tutulub. Bizim məramımız neft əsaslı iqtisadiyyatdan şaxələndirilmiş və inkluziv iqtisadiyyata keçiddir. Bunu isə innovasiyalar vasitəsilə etməliyik. Son illər texnologiya parklarına verilən güzəştlər də yerli startapların və texnoloji şirkətlərin fəaliyyətinin təmin edilməsi üçün əlverişli şərait yaradıb".