https://sputnik.az/20231130/nazir-mektebde-sagirdin-xesaret-almasina-munasibet-bildirib-460977532.html
Nazir məktəbdə şagirdin xəsarət almasına münasibət bildirib
Nazir məktəbdə şagirdin xəsarət almasına münasibət bildirib
Sputnik Azərbaycan
Emin Əmrullayev bildirib ki, məktəb direktorları üzərinə düşən işləri görməlidir. 30.11.2023, Sputnik Azərbaycan
2023-11-30T22:00+0400
2023-11-30T22:00+0400
2023-11-30T22:00+0400
emin əmrullayev
cəmiyyət
xəsarət
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437433801_0:0:2000:1125_1920x0_80_0_0_98149a0165a71f06cfa7acde7f90127e.jpg
BAKI, 30 noyabr — Sputnik. Elm və təhsil naziri Emin Əmrullayev məktəbdə şagirdin xəsarət almasına münasibət bildirib. Sputnik Azərbaycan-ın məlumatına görə, nazir noyabrın 30-da keçirdiyi brifinqdə deyib ki, məktəblərdə şagirdlər arasında dava və ya toqquşma halları olur, yəqin bundan sonra da olacaq. "Təbii ki, biz bunu istəmirik. Çünki hamımız məktəbdə oxumuşuq, başımıza bu cür hadisələr gəlib. Məktəb direktorları üzərinə düşən işləri görməlidir. Biz də yekunda günahı olanlar barədə tədbir görürük" - nazir deyib. Qeyd edək ki, Sabunçu rayonu ərazisində yerləşən məktəblərin birində şagirdin sinif yoldaşına kəsici alətlə daxilə nüfuz etməyən xəsarət yetirməsi barədə polisə məlumat daxil olub. Mübahisə zamanı şagirdlərdən biri əlindəki naməlum əşya ilə digər məktəblinin qarın nayihəsini cızıb. Məktəb rəhbərliyi tərəfindən dərhal məsələyə müdaxilə edilib. Xəsarət alan şagird məktəbin tibb işçisi tərəfindən yoxlanılıb və ciddi bir xəsarət aşkar olunmayıb. Daha sonra hər iki şagirdin valideynləri məktəbə dəvət olunaraq onlardan izahat alınıb və akt tərtib edilib. Hər iki şagirdin valideynləri arasında qarşılıqlı anlaşma yaranıb, övladlarına daha ciddi nəzarət edəcəklərini bildiriblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437433801_114:0:1887:1330_1920x0_80_0_0_09c8826cdc98bf6cf6bb7c239672360e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
emin əmrullayev, xəsarət
Nazir məktəbdə şagirdin xəsarət almasına münasibət bildirib
Emin Əmrullayev bildirib ki, məktəb direktorları üzərinə düşən işləri görməlidir.
BAKI, 30 noyabr — Sputnik. Elm və təhsil naziri Emin Əmrullayev məktəbdə şagirdin xəsarət almasına münasibət bildirib.
Sputnik Azərbaycan-ın məlumatına görə, nazir noyabrın 30-da keçirdiyi brifinqdə deyib ki, məktəblərdə şagirdlər arasında dava və ya toqquşma halları olur, yəqin bundan sonra da olacaq.
"Təbii ki, biz bunu istəmirik. Çünki hamımız məktəbdə oxumuşuq, başımıza bu cür hadisələr gəlib. Məktəb direktorları üzərinə düşən işləri görməlidir. Biz də yekunda günahı olanlar barədə tədbir görürük" - nazir deyib.
Qeyd edək ki, Sabunçu rayonu ərazisində yerləşən məktəblərin birində şagirdin sinif yoldaşına kəsici alətlə daxilə nüfuz etməyən xəsarət yetirməsi barədə polisə məlumat daxil olub. Mübahisə zamanı şagirdlərdən biri əlindəki naməlum əşya ilə digər məktəblinin qarın nayihəsini cızıb. Məktəb rəhbərliyi tərəfindən dərhal məsələyə müdaxilə edilib.
Xəsarət alan şagird məktəbin tibb işçisi tərəfindən yoxlanılıb və ciddi bir xəsarət aşkar olunmayıb. Daha sonra hər iki şagirdin valideynləri məktəbə dəvət olunaraq onlardan izahat alınıb və akt tərtib edilib. Hər iki şagirdin valideynləri arasında qarşılıqlı anlaşma yaranıb, övladlarına daha ciddi nəzarət edəcəklərini bildiriblər.