SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

MDB hökumət başçılarının görüşünün vaxtı açıqlanıb

© Sputnik / Viktor TolochkoMDB dövlət başçılarının görüşü, arxiv şəkli
MDB dövlət başçılarının görüşü, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.11.2023
Abunə olmaq
MDB rəhbəri əlavə edib ki, Birliyə üzv ölkələrin prezidentlərinin qeyri-rəsmi görüşü 26 dekabrda baş tutacaq.
BAKI, 30 noyabr — Sputnik. Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin hökumət başçılarının görüşü 18 dekabrda Moskvada baş tutacaq.
Bu barədə Birliyin İcraiyyə Komitəsinin sədri-icra katibi Sergey Lebedev bildirib.
MDB rəhbəri əlavə edib ki, Birliyə üzv ölkələrin prezidentlərinin qeyri-rəsmi görüşü 26 dekabrda baş tutacaq.
Qeyd edək ki, Rusiya prezidentinin sözçüsü Yuri Uşakov Paşinyanın dekabrın sonunda Peterburqda keçiriləcək sammitində iştirakı ilə bağlı Kremlin İrəvandan müsbət siqnallar aldığını söyləyib.
Ermənistan baş nazirinin ofisi isə məlumat yayıb ki, Paşinyan Avrasiya İqtisadi İttifaqının sessiyasında və MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edib-etməyəcəyi ilə bağlı hələ qərar verməyib.
Xəbər lenti
0