DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan KTMT-yə üzv dövlətlərin nümayəndələrinin görüşünə getməyib

© Sputnik / Maksim Blinov / Mediabanka keçidKTMT-yə üzv dövlətlərin bayraqları, arxiv şəkli
KTMT-yə üzv dövlətlərin bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.11.2023
Abunə olmaq
Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan əlavə məlumat vermədən ölkəsinin bu görüşdə iştirak etmədiyini bildirib.
BAKI, 30 noyabr — Sputnik. ATƏT Nazirlər Şurasının sessiyası ərəfəsində KTMT-yə üzv dövlətlərin nümayəndələrinin növbəti işçi görüşü olub.
Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, tərəflər ATƏT-in gündəliyində duran əsas məsələlərə yanaşmalarını korreksiya edib və digər beynəlxalq platformalarda əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.
Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan əlavə məlumat vermədən ölkəsinin bu görüşdə iştirak etmədiyini bildirib.
Bu gün səhər saatlarında xarici işlər naziri Ararat Mirzoyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.
27.11.23, 15:32
Ermənistan KTMT-nin müttəfiqi olaraq qalır - Tasmaqambetov
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müttəfiqidir. Bu barədə TASS-a qurumun baş katibi İmanqali Tasmaqambetov KTMT-nin Minskdə keçirilən sammitində Ermənistan ali rəhbərliyinin iştirak etməməsini şərh edərkən bildirib.
Onun sözlərinə görə, İrəvanın Minskdəki sessiyada iştirak etməməsindən qəti nəticə çıxarmaq doğru deyil.
"Məncə, bu vəziyyətdən (erməni nümayəndə heyətinin olmaması – red.) qəti nəticə çıxarmağın mənası yoxdur. Ermənistan bizim müttəfiqimiz olub və qalır. Məncə, bu, hər şeyi deyir", - baş katib bildirib. dedi.
Bundan əvvəl Kreml bəyan etmişdi ki, KTMT aktual olaraq qalır və bütün ölkələr bu bloku daha da gücləndirmək və inkişaf etdirmək zərurətində həmrəydir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Moskva ümid edir ki, erməni tərəfdaşları sonda təşkilatda geniş iştirakın lehinə öz yanaşmalarını bərpa edəcəklər.
Xəbər lenti
0