https://sputnik.az/20231130/elli-ilden-sonra-tarix-tekrarlanir-xankendide-ders-deyeceyi-gunu-sebrsizlikle-gozleyir-460950462.html
Əlli ildən sonra tarix təkrarlanır: Xankəndidə dərs deyəcəyi günü səbrsizliklə gözləyir
Əlli ildən sonra tarix təkrarlanır: Xankəndidə dərs deyəcəyi günü səbrsizliklə gözləyir
Sputnik Azərbaycan
Vaxtilə Xankəndi Pedoqoji İnstitutunda müəllim işləmiş Zəfər Hüseynov bildirib ki, 50 il öncə Xankəndidə ali təhsil ocağı yarandıqdan sonra orada yaşayan... 30.11.2023, Sputnik Azərbaycan
2023-11-30T12:33+0400
2023-11-30T12:33+0400
2023-12-01T14:28+0400
xankəndi
cəmiyyət
prezident ilham əliyev
qarabağ
universitet
https://cdnn1.img.sputnik.az/img/07e7/09/19/458956952_0:156:3000:1844_1920x0_80_0_0_36fb8667b6b98aef25d23d0ca3e35f74.jpg
BAKI, 30 noyabr — Sputnik. "Xankəndidə Qarabağ Universiteti yaradılması 50 il əvvəlki tarixin təkrarlanmasıdır. Xankəndidə Pedoqoji İnstitut ilk dəfə 1973-cü ilin noyabr ayının 28-də Ulu öndər Heydər Əliyevin tapşırığı ilə yaradılmışdı. Düz 50 il sonra eyni gündə müzəffər prezidentimiz İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin yaradılması barədə sərəncam imzaladı. Bu çox böyük tarixi hadisədir". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Xankəndi Pedoqoji İnstitutunda müəllim işləmiş Zəfər Hüseynov bildirib. O deyib ki, Xankəndidə Qarabağ Universitetinin yaradılması tarixi reallıqdan doğan sosial sifarişdir. Bu barədə sərəncam Qarabağın sosial-iqtisadi, elm və təhsilin inkişafı, eləcə də ziyalı ordusunun formalaşması baxımından çox vacibdir. Onun sözlərinə görə, 50 il öncə Xankəndində ali təhsil ocağı yarandıqdan sonra orada yaşayan əhalinin sayı artmışdı: O, həmçinin Xankəndidə fəaliyyət göstərən Pedoqoji İnstitutla bağlı böyük xatirələri olduğunu deyib: "Düşünürəm ki, illərdir xəyalımda canlandırdığım o xatirələri gedib doğma təhsil ocağında canlı xatırlayacağam. Bu, sözlə ifadə olunmayacaq hisslərdir. Xankəndidə təkrar dərs deyəcəyim günləri səbirsizliklə gözləyirəm". Qeyd edək ki, prezident İlham Əliyev noyabrın 28-də Xankəndidə Qarabağ Universitetinin yaradılması barədə sərəncam imzalayıb. Elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın ümumi yığıncağında deyib ki, Qarabağ Universitetinin timsalında elm və təhsilin inteqrasiyasını daha ağıllı qurmaq mümkündür: "Elə edə bilərik ki, kiçik maraqlar böyük maraqları üstələməsin. Universiteti bir gündə qurmaq olmaz. 2024-cü ilin sentyabrında tələbələri, gənc alimləri, müəllimləri orada görmək istəyirik. Bu istiqamətdə bütün resurslarımızı sərf edəcəyik". Xatırladaq ki, 1988-ci ilin oktyabrın 14-də artıq SSRİ Nazirlər Sovetinin sədri N.Rıjkovun 1208 saylı qərarı ilə Xankəndi Pedaqoji İnstitutu (XPİ ) müvəqqəti olaraq bağlanıb. Qərarın icrası SSRİ Xalq Təhsili Komitəsinə, Azərbaycan və Ermənistan Nazirlər Sovetinə taşırılıb. Bu qərarın icrası il bağlı SSRİ Xalq Təhsili Komitəsi 17 oktyabr 1988-ci il tarixdə 6 maddədən ibarət 386 saylı qərar imzalayır. Qərarın 2-ci maddəsində İnstitun 2 il müddətinə bağlanması, azərbaycanlı tələbələrin noyabr ayının 1-ə kimi Gəncə, erməni tələblərin isə Ermənistanda İrəvan, Leninakan və Kirovakanın pedaqoji institutlarına köçürülməsi tapşırılır. Beləliklə, XPİ-nin 1200 tələbə, 100 nəfərə yaxın professor müəllim heyəti Gəncə Dövlət Pedoqoji İnstituna köçürülür.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/19/458956952_167:0:2834:2000_1920x0_80_0_0_faa7f424ec1656ee888300cab9645b1c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xankəndi, prezident ilham əliyev, qarabağ, universitet
xankəndi, prezident ilham əliyev, qarabağ, universitet
Əlli ildən sonra tarix təkrarlanır: Xankəndidə dərs deyəcəyi günü səbrsizliklə gözləyir
12:33 30.11.2023 (Yenilənib: 14:28 01.12.2023) Vaxtilə Xankəndi Pedoqoji İnstitutunda müəllim işləmiş Zəfər Hüseynov bildirib ki, 50 il öncə Xankəndidə ali təhsil ocağı yarandıqdan sonra orada yaşayan əhalinin sayı artmışdı.
BAKI, 30 noyabr — Sputnik. "Xankəndidə Qarabağ Universiteti yaradılması 50 il əvvəlki tarixin təkrarlanmasıdır. Xankəndidə Pedoqoji İnstitut ilk dəfə 1973-cü ilin noyabr ayının 28-də Ulu öndər Heydər Əliyevin tapşırığı ilə yaradılmışdı. Düz 50 il sonra eyni gündə müzəffər prezidentimiz İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin yaradılması barədə sərəncam imzaladı. Bu çox böyük tarixi hadisədir".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Xankəndi Pedoqoji İnstitutunda müəllim işləmiş Zəfər Hüseynov bildirib. O deyib ki, Xankəndidə Qarabağ Universitetinin yaradılması tarixi reallıqdan doğan sosial sifarişdir. Bu barədə sərəncam Qarabağın sosial-iqtisadi, elm və təhsilin inkişafı, eləcə də ziyalı ordusunun formalaşması baxımından çox vacibdir. Onun sözlərinə görə, 50 il öncə Xankəndində ali təhsil ocağı yarandıqdan sonra orada yaşayan əhalinin sayı artmışdı:
"Universitetin fəaliyyət göstərməsi üçün üç əsas element var: maddi texniki baza, kadr təminatı və tələbələr. Xankəndidə ali təhsil müəssisəsi üçün bina var. Onu yüksək səviyyədə avadanlıqlarla təmin etməklə, kadrlar göndərməklə fəaliyyətini təmin etmək mümkündür. Mən bu universiteti yüksək səviyyəli ali təhsil müəssisəsi kimi təsəvvür edirəm. Xankəndidə institutda işləmiş müəllimlərin bir hissəsi vəfat etsə də, qalanları, eləcə də o institutu vaxtilə bitirən məzunlar arasında dosent professorlar var. Onlar hamısı Qarabağ Universitetində işləməyə hazırdırlar".
O, həmçinin Xankəndidə fəaliyyət göstərən Pedoqoji İnstitutla bağlı böyük xatirələri olduğunu deyib: "Düşünürəm ki, illərdir xəyalımda canlandırdığım o xatirələri gedib doğma təhsil ocağında canlı xatırlayacağam. Bu, sözlə ifadə olunmayacaq hisslərdir. Xankəndidə təkrar dərs deyəcəyim günləri səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, prezident İlham Əliyev noyabrın 28-də Xankəndidə Qarabağ Universitetinin yaradılması barədə sərəncam imzalayıb.
Elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın ümumi yığıncağında deyib ki, Qarabağ Universitetinin timsalında elm və təhsilin inteqrasiyasını daha ağıllı qurmaq mümkündür:
"Elə edə bilərik ki, kiçik maraqlar böyük maraqları üstələməsin. Universiteti bir gündə qurmaq olmaz. 2024-cü ilin sentyabrında tələbələri, gənc alimləri, müəllimləri orada görmək istəyirik. Bu istiqamətdə bütün resurslarımızı sərf edəcəyik".
Xatırladaq ki, 1988-ci ilin oktyabrın 14-də artıq SSRİ Nazirlər Sovetinin sədri N.Rıjkovun 1208 saylı qərarı ilə Xankəndi Pedaqoji İnstitutu (XPİ ) müvəqqəti olaraq bağlanıb. Qərarın icrası SSRİ Xalq Təhsili Komitəsinə, Azərbaycan və Ermənistan Nazirlər Sovetinə taşırılıb. Bu qərarın icrası il bağlı SSRİ Xalq Təhsili Komitəsi 17 oktyabr 1988-ci il tarixdə 6 maddədən ibarət 386 saylı qərar imzalayır. Qərarın 2-ci maddəsində İnstitun 2 il müddətinə bağlanması, azərbaycanlı tələbələrin noyabr ayının 1-ə kimi Gəncə, erməni tələblərin isə Ermənistanda İrəvan, Leninakan və Kirovakanın pedaqoji institutlarına köçürülməsi tapşırılır. Beləliklə, XPİ-nin 1200 tələbə, 100 nəfərə yaxın professor müəllim heyəti Gəncə Dövlət Pedoqoji İnstituna köçürülür.