SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan silahlı qüvvəsini Azərbaycanda saxlayaraq revanş üçün vaxt qazanmağa çalışıb

© AP Photo / Mary AltafferМинистр иностранных дел Азербайджана Джейхун Байрамов выступает на 78-й сессии Генеральной Ассамблеи Организации Объединенных Наций
Министр иностранных дел Азербайджана Джейхун Байрамов выступает на 78-й сессии Генеральной Ассамблеи Организации Объединенных Наций - Sputnik Azərbaycan, 1920, 30.11.2023
Abunə olmaq
Ceyhun Bayramov qeyd edib ki, ATƏT həllin bir parçası olmaq şansını itirib və buna səbəb, Ermənistanın, eləcə də müəyyən ölkələrin davranışları olub.
BAKI, 30 noyabr - Sputnik. Azərbaycanın Qarabağda həyata keçirdiyi 24 saatlıq antiterror tədbirləri nəticəsində Ermənistanın revanş üçün vaxt qazanmağa çalışdığı aydın oldu.
Bunu xarici işlər naziri Ceyhun Bayramov Skopyedə keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında çıxışında bildirib.
XİN başçısı qeyd edib ki, Azərbaycan ərazilərindən Ermənistanın və onun tabeliyindəki qanunsuz rejimin dinc yolla çıxarılmasının mümkün olmamasının səbəbi rəsmi İrəvanın saymazlığı, həmçinin, beynəlxalq vasitəçilərin tərəflərə selektiv yanaşması olub.
“Bu il Azərbaycanın öz əraziləri üzərində suverenliyi tam bərpa edib. Bizim 24 saatlıq lokal antiterror tədbirlərimiz nəticəsində Ermənistan və onun tabeliyindəki qanunsuz marionet struktur tərksilah edilib, özünü buraxıb və Azərbaycandan tam geri çəkilib. Bununla aydın oldu ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanımasına dair şifahi bəyanatlarına rəğmən, Ermənistan öz öhdəliklərini kobud surətdə pozaraq ağır hücum silahları ilə silahlanmış 10 minlik güclü silahlı qüvvəsini Azərbaycanda saxlayaraq faktiki olaraq revanş üçün vaxt qazanmağa çalışıb.
Heç bir suveren ölkə öz torpağında bu cür qanunsuz hərbi mövcudluğa dözüm göstərə bilməzdi, o cümlədən Azərbaycan da (göstərmədi-red.). Bu, Ermənistanın həyasızcasına saymazlığı və vasitəçilikdə iştirak edən üçüncü tərəflərin adekvat fəaliyyətinin çatışmazlığı səbəbindən dinc yolla baş vermədi. Azərbaycanın narahatlığını bölüşməsinə baxmayaraq, onlar qapalı qapılar arxasında ictimai çağırışlarında selektiv olmağı seçdilər. Bu, Ermənistanın bizim ərazimizdə yeni təmas xətti inşa edərək, yeni səngərlər qazaraq, yeni minalar basdıraraq və Azərbaycanı qarayaxma kampaniyaları vasitəsilə şantaj edərək danışıqları imitasiya etmək strategiyasını davam etdirə bilmək illüziyasına qapılmasına səbəb oldu” - Ceyhun Bayramov deyib.
O qeyd edib ki, ATƏT alətlərinin “davamlı aktuallığa" istinadları reallığa uyğun gəlmir.
“ATƏT Ermənistanın Azərbaycana silahlı təcavüzünün aradan qaldırılması ilə vəzifələndirilmiş yeganə institut idi. Bununla belə, o, illərlə Ermənistanın genişmiqyaslı qanunsuz fəaliyyətlərinin aradan qaldırılmasında qeyri-effektiv oldu. Əksinə, bizim legitim çağırışlarımıza məhəl qoymama praktikası, işğalın status-kvosuna dözüm göstəmək Ermənistanı daha da cəsarətləndirdi” - Ceyhun Bayramov vurğulayıb.
Nazir qeyd edib ki, ATƏT həllin bir parçası olmaq şansını itirib və buna səbəb, Ermənistanın, eləcə də müəyyən ölkələrin davranışları olub.
***
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında iştirakı çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmit ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
Görüşdə ikitərəfli qarşılıqlı fəaliyyət, o cümlədən regional təhlükəsizlik və əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Danışıqlar zamanı həmçinin son regional hadisələr fonunda Azərbaycan-ATƏT əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri haqqında səmərəli müzakirələr aparılıb.
***
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında iştirakı çərçivəsində ATƏT Parlament Assambleyasının prezidenti Pia Kauma ilə görüşüb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə ATƏT Parlament Assambleyası çərçivəsində Azərbaycanla əməkdaşlıq perspektivləri və gündəlikdə duran əsas məsələlər, bölgədəki cari vəziyyət, Azərbaycan-Ermənistan arasında normallaşma prosesinə ATƏT Parlament Assambleyasının mümkün töhfələri ətrafında müzakirələr aparılıb.
Parlamentlərarası dialoqun, qarşılıqlı səfərlərin və ATƏT PA çərçivəsində görüşlərin əhəmiyyəti qeyd olunub.
Görüşdə C.Bayramov bu gün bölgədə yaranmış yeni reallıqlardan söz açıb, Azərbaycanın Qarabağ bölgəsində anti-terror tədbirlərinə gətirən səbəblər barədə məlumat verib.
Görüşdə həmçinin, sülh sazişinin imzalanması ilə bağlı Azərbaycan və Ermənistan arasında normallaşmaya dair ölkəmizin mövqeyi diqqətə çatdırılıb, Ermənistanın bu cür səylərə zərbə vuran addımları və hərbi-siyasi təxribatları diqqətə çatdırılıb.
C.Bayramov Ermənistanın təxribatlarına və prosesləri ləngitmək səylərinə baxmayaraq, bölgədə sülh və sabitliyin bərqərar olunmasına ölkəmizin sadiqliyini bir daha vurğulayıb.
Ermənistanın törətdiyi mina təhdidləri barədə geniş məlumat verilib.
ATƏT PA-nın iki ölkənin nümayəndə heyətləri arasında etimadın qurulması baxımından səmərəli platforma ola biləcəyi bildirilib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
0