Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanın Rəqəmsal İqtisadiyyat Strategiyasının əsas hədəfləri açıqlanıb

© Sputnik / Murad Orudjevİqtisadiyyat nazirinin müavini Elnur Əliyev
İqtisadiyyat nazirinin müavini Elnur Əliyev  - Sputnik Azərbaycan, 1920, 30.11.2023
Abunə olmaq
Bu məqsədləri dəstəkləmək üçün biz rəqəmsallaşma vasitəsilə hökumət əməliyyatlarının səmərəliliyini artıracağıq.
BAKI, 30 noyabr — Sputnik. Azərbaycanın Rəqəmsal İqtisadiyyat Strategiyası iki əsas təməl blok üzərində cəmləşəcək.
Bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Bakıda keçirilən "İnMerge İnnovasiya Sammiti"ndə bildirib.
"Bunlar, mövcud sektorların rəqəmsallaşdırılmasının sürətləndirilməsi və vətəndaşların rəqəmsal bacarıqlarının gücləndirilməsidir:
1-ci hədəf əsas iqtisadi sektorları rəqəmsallaşdırmaq üçün rəqəmsal texnologiyalardan istifadə etməyi, yeni rəqəmsal bizneslərdən dəyər qazanmağı nəzərdə tutur. Biz rəqəmsal tətbiqlər vasitəsilə dəyər yaradan yeni bizneslərin yaradılmasına diqqət yetirəcəyik.
2-ci hədəflə isə biz bütün yaş qruplarında rəqəmsal savadlılığı artırmaqla ümumu daxili məhsulun artımını sürətləndirməyi hədəfləyirik. Bu məqsədləri dəstəkləmək üçün biz rəqəmsallaşma vasitəsilə hökumət əməliyyatlarının səmərəliliyini artıracağıq. Bundan əlavə, biz ümummilli innovasiyalara sərmayə qoymağa sadiqik. Biz yeni texnologiyaların mənimsənilməsinin və qlobal inkişafı yaxından izləməyin vacibliyini dərk edirik" - o, qeyd edib.
Xəbər lenti
0