DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Abdullahian KTMT-ni Qəzza məsələsində daha təsirli tədbirlər görməyə çağırıb

© AFP 2024 / YURI KOCHETKOVİranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan  - Sputnik Azərbaycan, 1920, 30.11.2023
Abunə olmaq
İran Xarici İşlər Nazirliyinin rəhbəri Fələstin xalqının onilliklər ərzində İsrail tərəfindən pozulan öz müqəddəratını təyin etmək hüququna işarə edərək, bir sıra beynəlxalq qurumların hərəkətsizliyini və İsrailin cəzasız qalmasını qeyd edib.
BAKI, 30 noyabr — Sputnik. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetova məktub göndərib.
"Bu məktubda KTMT-nin baş katibindən İsrail rejimin Qəzza zolağına hücumlarını həmişəlik dayandırmaq, blokadanı aradan qaldırmaq və işğala son qoymaq üçün daha təsirli tədbirlər görməsi istənilib" - İran Xarici İşlər Nazirliyinin rəsmi Telegram kanalında məlumat verilib.

Xəbər lenti
0