Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Yanvarın 1-dən hərbi qulluqçuların aylıq vəzifə maaşları 20 faiz artırılacaq

© AR Ministry of DefenceHərbi hüquqşünaslarla təlim-metodiki toplanış keçirilib
Hərbi hüquqşünaslarla təlim-metodiki toplanış keçirilib
 - Sputnik Azərbaycan, 1920, 29.11.2023
Abunə olmaq
Hərbçilərin xidmətdə olma müddətinin artırılması həmin şəxslərin mütəmadi artan təminat xərcliyini almaqda davam etməsinə imkan verməklə yanaşı, eyni zamanda, onların yekunda daha çox pensiya almasına şərait yaradır.
BAKI, 29 noyabr — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin fəaliyyət planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növü, baş idarə, idarələrin hüquqşünasları və təhqiqatçıları, həmçinin Hüquq İdarəsinin zabitləri ilə təlim-metodiki toplanış keçirilib.
Müdafiə Nazirliyindən bildiriblər ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Toplanışda çıxış edən idarə rəisi polkovnik Elçin Əliyev il ərzində görülən işlərdən geniş söhbət açıb, hərbi qulluqçularla bağlı bir sıra qanunlarda dəyişiklik edilməsini nəzərdə tutan və hazırda parlamentin müzakirəsində olan yeni Qanun layihələri barədə toplantı iştirakçılarına geniş məlumat verib.
Bildirilib ki, ölkəmizin müdafiə qabiliyyətinin və ordumuzun daha da güclənməsi məqsədilə hazırlanan yeni islahatlar hərbi qulluqçuların potensialından daha uzun müddət və səmərəli istifadə edilməsinə xidmət edir. Hərbi qulluqçuların peşəkar inkişafı üçün məqsədyönlü işlər aparılır, onların ölkəmizdə və xarici ölkələrdə ixtisaslarına uyğun təhsil almaları təmin edilir. Mövcud qanunvericilikdə hərbi qulluqçuların mülki təhsil müəssisələrinin yalnız qiyabi şöbələrində təhsil almaq hüquqları olduğundan yeni qanun layihələrində onların xidməti fəaliyyəti, hərbi xidmət mənafeyi nəzərə alınmaqla, peşəkar inkişafı, bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təhsil imkanlarının daha da genişləndirilməsi təklif edilir.
© AR Ministry of DefenceHərbi hüquqşünaslarla təlim-metodiki toplanış keçirilib
Hərbi hüquqşünaslarla təlim-metodiki toplanış keçirilib
 - Sputnik Azərbaycan, 1920, 29.11.2023
Hərbi hüquqşünaslarla təlim-metodiki toplanış keçirilib
Eyni zamanda, təhsil dövrlərinin onların öz arzusu ilə ehtiyata buraxılma müddətinə daxil edilməməsi təklif olunub ki, bununla da dövlət tərəfindən təhsilinə zaman və resurs sərf edilmiş həmin hərbi qulluqçuların əlavə təhsil alaraq öz bilik və bacarıqları ilə ordumuzun inkişafına töhfə verməkdə davam etmələrinə şərait yaradılması da nəzərdə tutulub.
Qanun layihələrində həmçinin gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün xidmətdə olmanın son yaş həddinin 45-dən 48-ə çatdırılması təklifi öz əksini tapır. Yeni islahatın tərkib hissəsi kimi, hərbi qulluqçuların pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılması da nəzərdə tutulub.
Hazırda 25 təqvim ili hərbi xidməti olan hərbi qulluqçuların təminat xərcliyinin 60 faizini pensiya kimi alması, lakin yeni layihələr qəbul olunduğu halda bu xərcliyin 5 faiz çox olmaqla 65 faizini alacaqları, bununla da pensiya təminatında hər hansı azalmanın olmayacağı qeyd edilib.
Bundan başqa, mülki işlərlə bağlı stajları olan hərbi qulluqçuların da həmin dövrün hər ili üçün 1 faiz əlavə hesablanması da layihədə nəzərdə tutulub.
Qeyd olunanlarla yanaşı, azı 17 təqvim ili xidmət etmiş hərbi qulluqçu 25 təqvim ilini tamamlayanadək xidmətdən buraxıldığı halda, onun əvvəlki normalara uyğun olaraq 20 təqvim ili xidmət etdiyinə görə hərbi qulluqçu kimi pensiya hüququ əldə etməsi, yəni ötən dövrdə qazanılmış pensiya hüquqlarının yeni dəyişikliklər qəbul edildikdən sonra da təmin olunması nəzərdə tutulub.
İdarə rəisi bildirib ki, hərbçilərə xüsusi qayğı olaraq onların sosial müdafiəsinin gücləndirilməsi, təminat xərcliyinin artırılması və hərbçilərin maddi rifah halının yaxşılaşdırılması üçün ardıcıl addımlar atılır. Ölkə Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Fərmanı ilə növbəti artım olaraq 2024-cü il yanvarın 1-dən hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılacaq. Hərbçilərin xidmətdə olma müddətinin artırılması həmin şəxslərin mütəmadi artan təminat xərcliyini almaqda davam etməsinə imkan verməklə yanaşı, eyni zamanda, onların yekunda daha çox pensiya almasına şərait yaradır.
Təlim-metodiki toplanışda hərbi hissələrdə hüquq hazırlığının daha səmərəli təşkili, hərbi qulluqçuların hüquqi cəhətdən maarifləndirilməsi və digər mövzular üzrə məruzələr, hüquqşünaslar və təhqiqatçıların cari il ərzində hüquq xidmətinə dair gördükləri işlərlə bağlı hesabatlar dinlənilib, növbəti il üçün qarşıda duran vəzifələrdən danışılıb.
Toplanış iştirakçılarının hüquq hazırlığının təşkili üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, qanunvericiliyin və rəhbər sənədlərin tələblərinin öyrənilməsi məqsədilə keçirilən təlim-metodiki toplanışda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
0