https://sputnik.az/20231129/muflislesen-muganbankin-emanetcilerine-kompensasiya-odenisi-ne-yerdedir-460936128.html
Müflisləşən "Muğanbank"ın əmanətçilərinə kompensasiya ödənişi nə yerdədir?
Müflisləşən "Muğanbank"ın əmanətçilərinə kompensasiya ödənişi nə yerdədir?
Sputnik Azərbaycan
Kompensasiya ödənişləri agent banklar - "Azərbaycan Beynəlxalq Bankı" ASC və "Kapital Bank" ASC-nin ölkə üzrə bütün filialları vasitəsilə uğurla həyata... 29.11.2023, Sputnik Azərbaycan
2023-11-29T19:27+0400
2023-11-29T19:27+0400
2023-11-29T19:27+0400
muğanbank
iqtisadiyyat
azərbaycan beynəlxalq bankı
kompensasiya
https://cdnn1.img.sputnik.az/img/42192/03/421920383_0:0:3071:1728_1920x0_80_0_0_4cdb319e7faa56b1198c7fa8dd977048.jpg
BAKI, 29 noyabr — Sputnik. Əmanətlərin Sığortalanması Fondu tərəfindən, ləğv prosesində olan "Muğanbank" ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi prosesinin ilk 2 günü ərzində bankın qorunan əmanətçilərindən 2983 nəfərə 100951000 manat kompensasiya ödənişi həyata keçirilib. Bu isə ləğv prosesində olan "Muğanbank" ASC-də qorunan əmanətlər üzrə ödənilməsi nəzərdə tutulan ümumi kompensasiya məbləğinin təqribən 50%-ni təşkil edir. Bu barədə Fonddan bildirilib. Kompensasiya ödənişləri agent banklar - "Azərbaycan Beynəlxalq Bankı" ASC və "Kapital Bank" ASC-nin ölkə üzrə bütün filialları vasitəsilə uğurla həyata keçirilməkdə davam edir. Əmanətçilərin nəzərinə çatdırmaq istərdik ki, kompensasiya ödənişlərinin verilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçiriləcəkdir və bununla bağlı heç bir narahatlıq üçün əsas yoxdur. Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı Əmanətlərin Sığortalanması Fondunun saytından əldə edə bilərsiniz. Qeyd edək ki, Fond ləğv prosesində olan “Muğanbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə noyabrın 27-dən etibarən başlayıb. Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə “Muğanbank” müflis elan edilib və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilib. Həmçinin, qanuna uyğun olaraq “Muğanbank”da sığorta hadisəsi günü 24 oktyabr 2023-cü il müəyyən edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42192/03/421920383_177:0:2908:2048_1920x0_80_0_0_711be799aee85a962e1b01b468b084e7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
muğanbank, azərbaycan beynəlxalq bankı, kompensasiya
muğanbank, azərbaycan beynəlxalq bankı, kompensasiya
Müflisləşən "Muğanbank"ın əmanətçilərinə kompensasiya ödənişi nə yerdədir?
Kompensasiya ödənişləri agent banklar - "Azərbaycan Beynəlxalq Bankı" ASC və "Kapital Bank" ASC-nin ölkə üzrə bütün filialları vasitəsilə uğurla həyata keçirilməkdə davam edir.
BAKI, 29 noyabr — Sputnik. Əmanətlərin Sığortalanması Fondu tərəfindən, ləğv prosesində olan "Muğanbank" ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi prosesinin ilk 2 günü ərzində bankın qorunan əmanətçilərindən 2983 nəfərə 100951000 manat kompensasiya ödənişi həyata keçirilib. Bu isə ləğv prosesində olan "Muğanbank" ASC-də qorunan əmanətlər üzrə ödənilməsi nəzərdə tutulan ümumi kompensasiya məbləğinin təqribən 50%-ni təşkil edir.
Bu barədə Fonddan bildirilib.
Kompensasiya ödənişləri agent banklar - "Azərbaycan Beynəlxalq Bankı" ASC və "Kapital Bank" ASC-nin ölkə üzrə bütün filialları vasitəsilə uğurla həyata keçirilməkdə davam edir.
Əmanətçilərin nəzərinə çatdırmaq istərdik ki, kompensasiya ödənişlərinin verilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçiriləcəkdir və bununla bağlı heç bir narahatlıq üçün əsas yoxdur.
Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı Əmanətlərin Sığortalanması Fondunun saytından əldə edə bilərsiniz.
Qeyd edək ki, Fond ləğv prosesində olan “Muğanbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə noyabrın 27-dən etibarən başlayıb.
Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə “Muğanbank” müflis elan edilib və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilib. Həmçinin, qanuna uyğun olaraq “Muğanbank”da sığorta hadisəsi günü 24 oktyabr 2023-cü il müəyyən edilib.