DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Klaar Türkiyə ilə Cənubi Qafqazda baş verənləri müzakirə edib

© Photo : REPORTToivo Klaar, arxiv şəkli
Toivo Klaar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.11.2023
Abunə olmaq
Toivo Klaar Türkiyəyə səfərindən məmnun qaldığını, Azərbaycan və Ermənistan arasında sülh prosesini də müzakirə etdiyini bildirib.
BAKI, 29 noyabr — Sputnik. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Türkiyəyə səfərindən məmnun qaldığını, burada digər məsələlərlə yanaşı, Azərbaycan və Ermənistan arasında sülh prosesini də müzakirə etdiyini bildirib.
Aİ-nin xüsusi nümayəndəsi bu barədə "X" sosial şəbəkəsində məlumat verib.
"Dünən Ankaraya səfərdən sonra Brüsselə qayıtdıq. Biz Cənubi Qafqaz regionu, xüsusilə Ermənistan və Azərbaycan arasında sülh prosesi ilə bağlı Aİ və Türkiyə üçün qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdik" - Klaar yazıb.
Xatırladaq ki, noyabrın 28-də Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, yaxın 15 gün ərzində,Azərbaycanla sülh sazişi imzalamaq mümkündür:
"Biz demək olar ki, bütün fundamental məsələlərdə razılığa gəlmişik. Prosesə xələl gətirmək üçün təfərrüatları açıqlamaq istəmirəm".
20.11.23, 16:20
Klaar: Azərbaycanın tələbini legitim sayırıq
Azərbaycan Prezidenti dəfələrlə aydın şəkildə "dəhliz" ifadəsinin hansı kontekstdə istifadə edildiyini izah edib. Bu barədə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar "Armenpress"ə müsahibəsində Azərbaycanın "Zəngəzur dəhlizi" yanaşması ilə bağlı suala cavabında deyib.
Tovio Klaar bildirib ki, Prezident İlham Əliyev bir neçə ay öncə Moskvada Baş nazir Paşinyan və Prezident Vladimir Putinin iştirakı ilə keçirilən görüşdə çox açıq şəkildə bunun "dəhliz" adlandırılmasının ekstrateritoriallıq anlamına gəlmədyini bildirib.

"Azərbaycan Prezidenti həmçinin, bir çox digər hallarda da bunun ekstrateritoriallıq anlamına gəlmədiyini deyib. Bildiyiniz kimi, biz Avropada müxtəlif kommunikasiyalardan danışarkən "nəqliyyat dəhlizləri" deyirik və heç vaxt ekstrateritoriallığı nəzərdə tutmuruq", - deyə Klaar əlavə edib.

Toivo Klaar Azərbaycanın Ermənistan ərazisi ilə yüklərinin və vətəndaşlarının təhlükəsiz hərəkətinin təmin edilməsini istəməsinin legitim və məntiqli olduğunu vurğulayıb:

"Azərbaycanın Ermənistan ərazisindən keçən vətəndaşlarının və yüklərinin təhlükəsizliyinə əmin olmaq istəməsi tamamilə məntiqli və normaldır".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0