Fırtına, qasırğa və qar: Rusiyada pis hava şəraiti davam edir
Fırtına, qasırğa və qar: Rusiyada pis hava şəraiti davam edir
Sputnik Azərbaycan
Rusiya Federasiyasının müxtəlif regionlarında müşahidə olunan anomal hava şəraitinin nəticələri Sputnik Azərbaycan-ın fotolentində. 29.11.2023, Sputnik Azərbaycan
Rusiyanın müxtəlif regionlarında anomal hava hadisələri qeydə alınıb. Moskva və Sankt-Peterburqa qar yağıb. Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfandın sözlərinə görə, bu hal, hər 40 ildən bir baş verir. Sinoptiklər bildirirlər ki, qar örtüyünün hündürlüyü 22 sm təşkil edib ki, bu da yanvar ayının göstəricilərinə uyğundur. Paytaxtın "Jukovski" hava limanı uçuş-enmə zolağının təmizlənməsi üçün bağlanıb. Eyni zamanda ölkənin cənubunda fırtınalar tüğyan edir. Belə ki, Aralıq dənizi siklonu leysan və küləkli qasırğa səviyyəsinə qədər artaraq Krıma fırtınalı hava gətirib. Yarımadanın bir çox kəndləri elektrik enerjisisiz qalıb, çoxlu ağaclar aşıb, qaz kəmərləri zədələnib, dənizdə güclü fırtına müşahidə olunub, güclü dalğalar nəticəsində Evpatoriyanın sahilyanı ərazilərini su basıb. İnsanlar su basmış evlərdən təxliyə edilir. Rusiyanın cənubunda əlverişsiz hava şəraiti səbəbindən 1,9 milyona yaxın insan elektrik enerjisindən məhrum olub, bir nəfər həlak olub.
Rusiya Federasiyasının müxtəlif regionlarında müşahidə olunan anomal hava şəraitinin nəticələri Sputnik Azərbaycan-ın fotolentində.
Rusiyanın müxtəlif regionlarında anomal hava hadisələri qeydə alınıb.
Moskva və Sankt-Peterburqa qar yağıb.
Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfandın sözlərinə görə, bu hal, hər 40 ildən bir baş verir. Sinoptiklər bildirirlər ki, qar örtüyünün hündürlüyü 22 sm təşkil edib ki, bu da yanvar ayının göstəricilərinə uyğundur.
Paytaxtın "Jukovski" hava limanı uçuş-enmə zolağının təmizlənməsi üçün bağlanıb.
Eyni zamanda ölkənin cənubunda fırtınalar tüğyan edir.
Belə ki, Aralıq dənizi siklonu leysan və küləkli qasırğa səviyyəsinə qədər artaraq Krıma fırtınalı hava gətirib. Yarımadanın bir çox kəndləri elektrik enerjisisiz qalıb, çoxlu ağaclar aşıb, qaz kəmərləri zədələnib, dənizdə güclü fırtına müşahidə olunub, güclü dalğalar nəticəsində Evpatoriyanın sahilyanı ərazilərini su basıb. İnsanlar su basmış evlərdən təxliyə edilir.
Rusiyanın cənubunda əlverişsiz hava şəraiti səbəbindən 1,9 milyona yaxın insan elektrik enerjisindən məhrum olub, bir nəfər həlak olub.