https://sputnik.az/20231129/fhn-yanacaqdoldurma-menteqesinin-fealiyyetini-dayandirib---vdeo-460932163.html
FHN yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırıb - VİDEO
FHN yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırıb - VİDEO
Sputnik Azərbaycan
Yoxlama zamanı yanacaqdoldurma məntəqəsinin işçi layihəsinin texniki təhlükəsizlik üzrə ekspertizadan keçirilmədiyi, istismar olunan tutumların texniki... 29.11.2023, Sputnik Azərbaycan
2023-11-29T10:48+0400
2023-11-29T10:48+0400
2023-11-29T11:05+0400
fhn
azərbaycan xəbərləri
fövqəladə hallar nazirliyi
yanacaqdoldurma
yanacaqdoldurma məntəqəsi
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/1d/460931995_4:0:1131:634_1920x0_80_0_0_b9bf617d8587f1793a6d82622eccce05.jpg
BAKI, 29 noyabr — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin edilməsi sahəsində fəaliyyətini davam etdirir. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, agentliyin müfəttişləri Goranboy rayonunun Nadirkənd kəndində yerləşən fərdi sahibkar Cəfərova Məmləkət Əhəd qızına məxsus yanacaqdoldurma məntəqəsində plan üzrə yoxlama aparıblar. Yoxlama zamanı yanacaqdoldurma məntəqəsinin işçi layihəsinin texniki təhlükəsizlik üzrə ekspertizadan keçirilmədiyi, istismar olunan tutumların texniki təhlükəsizlik sertifikatının olmadığı, dövlət reyestrində qeydiyyatdan keçirilmədiyi və işçi heyətin biliyinin yoxlanılmasının təşkil olunmadığı müəyyən edilib. Həmin nöqsanların insan həyatı və sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı nəzərə alınaraq, yanacaqdoldurma məntəqəsinin istismarı dərhal dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib. Bununla yanaşı, texniki təhlükəsizliklə bağlı obyektin sahibi və əməkdaşları ilə profilaktik söhbətlər aparılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/1d/460931995_168:0:1013:634_1920x0_80_0_0_c2ca4bfb2fa338804f1e1e311c49cd7a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fhn, fövqəladə hallar nazirliyi, yanacaqdoldurma, yanacaqdoldurma məntəqəsi
fhn, fövqəladə hallar nazirliyi, yanacaqdoldurma, yanacaqdoldurma məntəqəsi
FHN yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırıb - VİDEO
10:48 29.11.2023 (Yenilənib: 11:05 29.11.2023) Yoxlama zamanı yanacaqdoldurma məntəqəsinin işçi layihəsinin texniki təhlükəsizlik üzrə ekspertizadan keçirilmədiyi, istismar olunan tutumların texniki təhlükəsizlik sertifikatının olmadığı müəyyən edilib.
BAKI, 29 noyabr — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin edilməsi sahəsində fəaliyyətini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, agentliyin müfəttişləri Goranboy rayonunun Nadirkənd kəndində yerləşən fərdi sahibkar Cəfərova Məmləkət Əhəd qızına məxsus yanacaqdoldurma məntəqəsində plan üzrə yoxlama aparıblar.
Yoxlama zamanı yanacaqdoldurma məntəqəsinin işçi layihəsinin texniki təhlükəsizlik üzrə ekspertizadan keçirilmədiyi, istismar olunan tutumların texniki təhlükəsizlik sertifikatının olmadığı, dövlət reyestrində qeydiyyatdan keçirilmədiyi və işçi heyətin biliyinin yoxlanılmasının təşkil olunmadığı müəyyən edilib.
Həmin nöqsanların insan həyatı və sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı nəzərə alınaraq, yanacaqdoldurma məntəqəsinin istismarı dərhal dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.
Bununla yanaşı, texniki təhlükəsizliklə bağlı obyektin sahibi və əməkdaşları ilə profilaktik söhbətlər aparılıb.