https://sputnik.az/20231129/erdogan-bu-gun-tehlukesizlik-surasini-toplayir-zengezur-dehlizi-muzakire-olunacaq-460936004.html
Ərdoğan bu gün Təhlükəsizlik Şurasını toplayır, Zəngəzur dəhlizi müzakirə olunacaq
Ərdoğan bu gün Təhlükəsizlik Şurasını toplayır, Zəngəzur dəhlizi müzakirə olunacaq
Sputnik Azərbaycan
Toplantının gündəliyinə Qəzza zolağındakı vəziyyət, Fələstinə humanitar yardımların çatdırılması və terrora qarşı mübarizə əməliyyatlarının müzakirəsi də... 29.11.2023, Sputnik Azərbaycan
2023-11-29T15:00+0400
2023-11-29T15:00+0400
2023-11-29T15:00+0400
rəcəb tayyip ərdoğan
siyasət
zəngəzur dəhlizi
zəngəzur
astana
türk dövlətləri təşkilatı
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1c/443412632_0:274:2838:1870_1920x0_80_0_0_457f643c7ad17aceb4e1d768f9001730.jpg
BAKI, 29 noyabr — Sputnik. Türkiyə Milli Təhlükəsizlik Şurasının ilin sonuncu toplantısında Cənubi Qafqaz, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı son durum müzakirə olunacaq. Məlumatı "TRTHaber" yayıb. Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Beştəpədə keçiriləcək toplantının gündəliyinə Qəzza zolağındakı vəziyyət, Fələstinə humanitar yardımların çatdırılması və terrora qarşı mübarizə əməliyyatlarının müzakirəsi də daxildir. Xatırladaq ki, bu ay Qazaxıstanın paytaxtı Astanada keçirilən Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə görüşündə çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Azərbaycan Vətən müharibəsindən sonra Qarabağda 30 illik işğala tamamilə son qoydu: "Biz bu tarixi nailiyyətdən qürur duyuruq. Beləliklə, biz regionumuzda daimi sülhə bir addım yaxınlaşmışıq. Açılan fürsət pəncərəsindən yararlanmaq bizim ən böyük arzumuzdur. Ermənistanın Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi vacibdir. Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək nəqliyyat xəttinin həyata keçirilməsi də böyük əhəmiyyət kəsb edir. Dəhlizin açılması həm bölgədəki bütün ölkələrin rifahına mühüm töhfə verəcək, həm də Türkiyəni dədə-baba yurdumuz olan Orta Asiya ilə birləşdirəcək".
zəngəzur dəhlizi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1c/443412632_109:0:2838:2047_1920x0_80_0_0_b1aec061fc0506ef04f457cd18eef135.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rəcəb tayyip ərdoğan, zəngəzur dəhlizi, zəngəzur, astana, türk dövlətləri təşkilatı
rəcəb tayyip ərdoğan, zəngəzur dəhlizi, zəngəzur, astana, türk dövlətləri təşkilatı
Ərdoğan bu gün Təhlükəsizlik Şurasını toplayır, Zəngəzur dəhlizi müzakirə olunacaq
Toplantının gündəliyinə Qəzza zolağındakı vəziyyət, Fələstinə humanitar yardımların çatdırılması və terrora qarşı mübarizə əməliyyatlarının müzakirəsi də daxildir.
BAKI, 29 noyabr — Sputnik. Türkiyə Milli Təhlükəsizlik Şurasının ilin sonuncu toplantısında Cənubi Qafqaz, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı son durum müzakirə olunacaq.
Məlumatı "TRTHaber" yayıb.
Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Beştəpədə keçiriləcək toplantının gündəliyinə Qəzza zolağındakı vəziyyət, Fələstinə humanitar yardımların çatdırılması və terrora qarşı mübarizə əməliyyatlarının müzakirəsi də daxildir.
Xatırladaq ki, bu ay Qazaxıstanın paytaxtı Astanada keçirilən Türk Dövlətləri Təşkilatının 10-cu yubiley Zirvə görüşündə çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Azərbaycan Vətən müharibəsindən sonra Qarabağda 30 illik işğala tamamilə son qoydu:
"Biz bu tarixi nailiyyətdən qürur duyuruq. Beləliklə, biz regionumuzda daimi sülhə bir addım yaxınlaşmışıq. Açılan fürsət pəncərəsindən yararlanmaq bizim ən böyük arzumuzdur. Ermənistanın Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi vacibdir. Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək nəqliyyat xəttinin həyata keçirilməsi də böyük əhəmiyyət kəsb edir. Dəhlizin açılması həm bölgədəki bütün ölkələrin rifahına mühüm töhfə verəcək, həm də Türkiyəni dədə-baba yurdumuz olan Orta Asiya ilə birləşdirəcək".