https://sputnik.az/20231129/dn-ehaliye-kiber-talanciliqla-bagli-xeberdarliq-edib-460861013.html
DİN kiberdələduzluqla bağlı vətəndaşlara xəbərdarlıq etdi
DİN kiberdələduzluqla bağlı vətəndaşlara xəbərdarlıq etdi
Sputnik Azərbaycan
Kartdan-karta pul köçürərkən kartın üzərindəki 16 rəqəmli nömrədən başqa məlumatları göndərməyin. 29.11.2023, Sputnik Azərbaycan
2023-11-29T12:42+0400
2023-11-29T12:42+0400
2023-11-29T13:02+0400
cəmiyyət
din
kiber
elşad hacıyev
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0a/426188398_0:79:1080:687_1920x0_80_0_0_5a3ac26e8bcbef62f7fa2cb9949f2c91.jpg
BAKI, 29 noyabr - Sputnik.Daxili İşlər Nazirliyi (DİN) kiberdələduzluqla bağlı vətəndaşlara xəbərdarlıq edib.Vətəndaşlara kart məlumatlarının məxfi saxlanılmasının zəruri olduğu bildirilib.Eyni zamanda vətəndaşlardan özlərini dələduzlardan qoruması istənilib:"Heç bir halda bank məlumatlarınızı digər şəxslərə təqdim etməyin. Kartdan-karta pul köçürərkən kartın üzərindəki 16 rəqəmli nömrədən başqa məlumatları göndərməyin. Bank kartında şəxsi məlumatları qorumaq vətəndaşın öhdəliyidir. Kiberdələduzların qurbanına çevirilməmək üçün tanımadığınız şəxslərdən gələn mesajları və bildirişləri açmayın. DİN vətəndaşları ayıq-sayıq olmağa, bu kimi detalları diqqətdə saxlamağa çağırır”.25.11.23, 12:34DİN əhaliyə kiber-talançılıqla bağlı xəbərdarlıq edibDİN-in mətbuat xidmətinin rəisi Elşad Hacıyev kiber-onlayn talamalarla bağlı vətəndaşlara müraciət edib.O, sosial şəbəkə hesabından yaydığı müraciətdə yazıb:"Kimsə sizə “bank kartınızı göndərin yardım edəcəm” - desə göndərməyin! Kimsə sizə satdığınız əşya, yaxud daşınmaz əmlakla bağlı “bank kartınızı göndərin beh verim” - desə göndərməyin! Kimsə sizə “kampaniya var - ucuz məhsullar var, ünvana pulsuz çatdırılır, onlayn ödəniş edin” - desə etməyin! Kimsə sizə “onlayn iş füsrəti var, pul köçürmələrindən qazana bilərsiz” - desə qoşulmayın! Hamısı yalandır!".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0a/426188398_38:0:998:720_1920x0_80_0_0_3dde4b14ab4da35aac653293c09a1de1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
din, kiber, elşad hacıyev
din, kiber, elşad hacıyev
DİN kiberdələduzluqla bağlı vətəndaşlara xəbərdarlıq etdi
12:42 29.11.2023 (Yenilənib: 13:02 29.11.2023) Kartdan-karta pul köçürərkən kartın üzərindəki 16 rəqəmli nömrədən başqa məlumatları göndərməyin.
BAKI, 29 noyabr - Sputnik.Daxili İşlər Nazirliyi (DİN) kiberdələduzluqla bağlı vətəndaşlara xəbərdarlıq edib.
Vətəndaşlara kart məlumatlarının məxfi saxlanılmasının zəruri olduğu bildirilib.
Eyni zamanda vətəndaşlardan özlərini dələduzlardan qoruması istənilib:
"Heç bir halda bank məlumatlarınızı digər şəxslərə təqdim etməyin. Kartdan-karta pul köçürərkən kartın üzərindəki 16 rəqəmli nömrədən başqa məlumatları göndərməyin. Bank kartında şəxsi məlumatları qorumaq vətəndaşın öhdəliyidir. Kiberdələduzların qurbanına çevirilməmək üçün tanımadığınız şəxslərdən gələn mesajları və bildirişləri açmayın. DİN vətəndaşları ayıq-sayıq olmağa, bu kimi detalları diqqətdə saxlamağa çağırır”.
DİN əhaliyə kiber-talançılıqla bağlı xəbərdarlıq edib
DİN-in mətbuat xidmətinin rəisi Elşad Hacıyev kiber-onlayn talamalarla bağlı vətəndaşlara müraciət edib.
O, sosial şəbəkə hesabından yaydığı müraciətdə yazıb:
"Kimsə sizə “bank kartınızı göndərin yardım edəcəm” - desə göndərməyin! Kimsə sizə satdığınız əşya, yaxud daşınmaz əmlakla bağlı “bank kartınızı göndərin beh verim” - desə göndərməyin! Kimsə sizə “kampaniya var - ucuz məhsullar var, ünvana pulsuz çatdırılır, onlayn ödəniş edin” - desə etməyin! Kimsə sizə “onlayn iş füsrəti var, pul köçürmələrindən qazana bilərsiz” - desə qoşulmayın! Hamısı yalandır!".