https://sputnik.az/20231129/beynelxalq-axtarisa-verilmis-sexs-azerbaycana-ekstradisiya-olunub-459553100.html
Beynəlxalq axtarışda olan şəxs Livandan Azərbaycana ekstradisiya edilib
Beynəlxalq axtarışda olan şəxs Livandan Azərbaycana ekstradisiya edilib
Sputnik Azərbaycan
Azərbaycan vətəndaşı Samir Həsənovun ekstradisiyası haqqında Azərbaycan tərəfinin vəsatəti Livan Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin... 29.11.2023, Sputnik Azərbaycan
2023-11-29T22:35+0400
2023-11-29T22:35+0400
2023-11-29T22:16+0400
ekstradisiya
cəmiyyət
azərbaycan
ukrayna
belarus
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0b/426198302_0:159:3079:1890_1920x0_80_0_0_f127e443b758ef4fa2080fef066d15c1.jpg
BAKI, 29 noyabr — Sputnik. Beynəlxalq axtarışda olan şəxs Livandan Azərbaycana ekstradisiya olunub.Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, beynəlxalq hüququn norma və prinsiplərinin tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Samir Həsənovun ekstradisiyası haqqında Azərbaycan tərəfinin vəsatəti Livan Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.Samir Həsənovun xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.Bu gün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Samir Həsənov Livandan ölkəmizə gətirilib.25.11.23, 18:21Beynəlxalq axtarışa verilmiş şəxs Azərbaycana ekstradisiya olunubBeynəlxalq axtarışda olan şəxs Azərbaycan ekstradisiya olunub.Baş prokurorluğun yaydığı görə, vəsatət əsasında Belarus Respublikası Baş Prokurorluğu tərəfindən «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Əlzamin Mustafayevin ekstradisiyası haqqında qərar qəbul olunub.Belə ki, Cəlilabad rayon prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə Əlzamin Mustafayevin qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda ziyan vurmaqla mənimsəmə cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarışa verilib.Əlzamin Mustafayev Belarus Respublikasının ərazisində saxlanılaraq noyabrın 25-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.12.10.23, 21:54"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Cavadov Səfər Azər oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Ukraynanın səlahiyyətli orqanları tərəfindən təmin edilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Səfər Cavadovun xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib. Oktyabrın 12-də S.Cavadov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Ukraynadan ölkəmizə gətirilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0b/426198302_173:0:2904:2048_1920x0_80_0_0_f4793629317cb388c3ced8c0ec0ed25a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ekstradisiya, azərbaycan, ukrayna, belarus
ekstradisiya, azərbaycan, ukrayna, belarus
Beynəlxalq axtarışda olan şəxs Livandan Azərbaycana ekstradisiya edilib
Azərbaycan vətəndaşı Samir Həsənovun ekstradisiyası haqqında Azərbaycan tərəfinin vəsatəti Livan Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.
BAKI, 29 noyabr — Sputnik. Beynəlxalq axtarışda olan şəxs Livandan Azərbaycana ekstradisiya olunub.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, beynəlxalq hüququn norma və prinsiplərinin tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Samir Həsənovun ekstradisiyası haqqında Azərbaycan tərəfinin vəsatəti Livan Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.
Samir Həsənovun xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.
Bu gün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Samir Həsənov Livandan ölkəmizə gətirilib.
Beynəlxalq axtarışa verilmiş şəxs Azərbaycana ekstradisiya olunub
Beynəlxalq axtarışda olan şəxs Azərbaycan ekstradisiya olunub.
Baş prokurorluğun yaydığı görə, vəsatət əsasında Belarus Respublikası Baş Prokurorluğu tərəfindən «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Əlzamin Mustafayevin ekstradisiyası haqqında qərar qəbul olunub.
Belə ki, Cəlilabad rayon prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə Əlzamin Mustafayevin qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda ziyan vurmaqla mənimsəmə cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarışa verilib.
Əlzamin Mustafayev Belarus Respublikasının ərazisində saxlanılaraq noyabrın 25-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Cavadov Səfər Azər oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Ukraynanın səlahiyyətli orqanları tərəfindən təmin edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Səfər Cavadovun xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.
Oktyabrın 12-də S.Cavadov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Ukraynadan ölkəmizə gətirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.