Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Balakəndə dəhşətli qəza - ölənlər və yaralananlar var

© AFP 2023 / JOEL SAGETQəza, arxiv şəkli
Qəza, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.11.2023
Abunə olmaq
Balakəndə minik avtomobillərinin toqquşması zamanı ölən və xəsarət alan şəxslərin adları məlum olub.
BAKI, 29 noyabr - Sputnik. Balakəndə minik avtomobillərinin toqquşması zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Onların müalicəsi Balakən Rayon Mərkəzi Xəstəxanasında davam edir.
Həmin şəxslər bunlardır:
İlkin Məhəmməd oğlu Hetayev (1986);
Hafiz Rövşən oğlu İsmayılov (1999);
Nizaməddin Teyubhacı oğlu İsmayılov (1956);
Gülarə Dadaş qızı İsmayılova (1960);
Gülarə Piriyeva (Təvəllüdü məlum deyil).
19:26
Balakəndə minik avtomobillərinin toqquşması zamanı ölən şəxslərin adları məlum olub. Rayonun Şambul kənd inzibati ərazisində baş verən qəzada 1974-cü il təvəllüdlü Şərif kənd sakini Elayev Şaban Cuma oğlu, 1997 təvəllüdlü Hənifə kənd sakini İsmayılova Günay Rövşən qızıdır.
Xatırladaq ki, Şambul kəndi ərazisində Hafiz İsmayılov və İlkin Hetayevin idarə etdiyi 2 “Mercedes” markalı avtomobil toqquşub. Qəzada sürücülərlə birlikdə daha 5 nəfər də yaralanıb.
19:05
Balakəndə minik avtomobilləri toqquşub, iki nəfər ölüb. Hadisə rayonun Şambul kənd inzibati ərazisində baş verib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, noyabrın 29-u saat 17 radələrində Balakən rayonunun Şambul kəndi ərazisində Hafiz İsmayılov və İlkin Hetayevin idarə etdiyi 2 “Mercedes” markalı avtomobil toqquşub. Hadisə nəticəsində hər avtomobildə biri olmaqla iki sərnişin ölüb, hər iki sürücü və üç sərnişin xəsarət alıb (APA).
Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti
0