Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Baku Steel Company taxta bazarındakı yanğından sonra istehsalı bərpa edib

© Photo : Baku Steel Company“Baku Steel Company”
“Baku Steel Company” - Sputnik Azərbaycan, 1920, 29.11.2023
Abunə olmaq
Elektrik xətləri yandığı üçün zavod fəaliyyətini dörd gün idi ki, dayandırmışdı.
BAKI, 29 noyabr — Sputnik. Azərbaycanın ən böyük polad istehsalçısı Baku Steel Company istehsalı bərpa edib. Bu barədə Sputnik Azərbaycan zavoddan məlumat əldə edib. Bildirilib ki, artıq zavod tam gücü ilə işləyir.
Qeyd edək ki, noyabrın 25-də "Baksol taxta bazarı" adalanan ticarət obyektində yanğın baş verməsi nəticəsində yüksək gərginlikli elektrik xəttini tamamilə sıradan çıxmışdı. Elektrik xətləri yandığı üçün zavod fəaliyyətini dörd gün idi ki, dayandırmışdı. Artıq elektrik enerjisinin verilişi bərpa edilib.
Noyabrın 23-də paytaxtın Nərimanov rayonu, Dərnəgül şossesində yerləşən, Bakı şəhəri Ticarət və xidmət departamentinin Yeraltı keçidlər üzrə ticarət birliyinin mülkiyyətində olmaqla icarəyə verilmiş ticarət mərkəzinin (“Dərnəgül taxta bazarı”) ərazisində yanğın baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə nəticəsində ayrı-ayrı sahibkarlara məxsus ticarət obyektlərinin içərisindəki müxtəlif çeşidli (taxta-şalban və s.) mallar yanğının təsirinə məruz qalıb.

Bundan başqa, hadisə zamanı 1962-ci il təvəllüdlü sahibkar Razi Qasımovun vəfat etməsi müəyyən olunub.

Hadisə yerinə xüsusi texniki vasitələr və canlı qüvvə cəlb edilməklə yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər görülüb.

Fakta görə FHN-in Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə (yanğın təhlükəsizliyi qaydalarını pozma) cinayət işi başlanıb.

Yanğının səbəbini və dəymiş ziyanın həcminin müəyyən edilməsi üçün iş üzrə məhkəmə yanğın-texniki və əmtəəşünaslıq ekspertizaları, həmçinin, Razi Qasımovun ölüm səbəbinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertiza təyin edilib.
Xəbər lenti
0