https://sputnik.az/20231129/ana-ve-usaq-olumu-boyuk-problemdir---ehliman-emiraslanov-460953948.html
Ana və uşaq ölümü böyük problemdir - Əhliman Əmiraslanov
Ana və uşaq ölümü böyük problemdir - Əhliman Əmiraslanov
Sputnik Azərbaycan
Millət vəkili vurğulayıb ki, eyni zamanda erkən nikah hadisələrinin azaldılmasına çalışmaq lazımdır. 29.11.2023, Sputnik Azərbaycan
2023-11-29T21:36+0400
2023-11-29T21:36+0400
2023-11-29T21:36+0400
əhliman əmiraslanov
səhiyyə
ana
ana ölümü
uşaq
https://cdnn1.img.sputnik.az/img/41107/66/411076615_0:0:2000:1125_1920x0_80_0_0_ac27acc7c3a4f9da0f7dd7295a5785d9.jpg
BAKI, 29 noyabr — Sputnik. "Ana və uşaq ölümü bütün dünyada olduğu kimi bizdə də böyük bir problemdir". Bunu Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov "Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində" movzusunda ictimai dinləmədəki çıxışı zamanı deyib. O qeyd edib ki, hər il qanunda dəyişikliklər edilir: "Düzdür, bu sahədə ölkəmizdə xeyli uğurlar qazanılıb, həmçinin səhiyyə sahəsində xeyli islahatlar aparılır. Lakin arxayınlaşmaq olmaz. Ölüm saylarının azaldılması üçün əlimizdən gələni etməliyik. 1990-cı illərin əvvəllərində ana və uşaq ölümünün sayı 30 minə gəlib çatmışdı. İndi bu rəqəm 10-11 min arasındadır". Millət vəkili vurğulayıb ki, eyni zamanda erkən nikah hadisələrinin azaldılmasına çalışmaq lazımdır: "Bu məsələdə vətəndaşların özlərindən də çox şey asılıdır. Hələ də az da olsa, xəstəxanalardan kənarda doğuş halları baş verir ki, bu kimi hadisələr ana və uşaq ölümlərinin artmasına təsir göstərən əsas amillərdir". Ə.Əmiraslanov insanların tibbi müayinədən mütləq keçmələrinin vacibliyini vurğulayıb. Bildirib ki, bu, vaxtında ağır patologiyanın qarşısını almağa imkan verir. Komitə sədri bildirib ki, narkomaniya sahəsində də ölkədə böyük problemlər mövcuddur: "Bu problemin mübarizəsi ilə bir çox bir qurum məşğul olur və olmalıdır. Çünki bu elə bir bəladır ki, həmin problemlə bağlı ayıq-sayıq olmalı və onunla mübarizədə əlimizdən gələni etməliyik".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41107/66/411076615_235:0:1942:1280_1920x0_80_0_0_698083d7779a3e490aef1b17e029e977.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
əhliman əmiraslanov, ana, ana ölümü, uşaq
əhliman əmiraslanov, ana, ana ölümü, uşaq
Ana və uşaq ölümü böyük problemdir - Əhliman Əmiraslanov
Millət vəkili vurğulayıb ki, eyni zamanda erkən nikah hadisələrinin azaldılmasına çalışmaq lazımdır.
BAKI, 29 noyabr — Sputnik. "Ana və uşaq ölümü bütün dünyada olduğu kimi bizdə də böyük bir problemdir".
Bunu Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov "Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində" movzusunda ictimai dinləmədəki çıxışı zamanı deyib.
O qeyd edib ki, hər il qanunda dəyişikliklər edilir: "Düzdür, bu sahədə ölkəmizdə xeyli uğurlar qazanılıb, həmçinin səhiyyə sahəsində xeyli islahatlar aparılır. Lakin arxayınlaşmaq olmaz. Ölüm saylarının azaldılması üçün əlimizdən gələni etməliyik. 1990-cı illərin əvvəllərində ana və uşaq ölümünün sayı 30 minə gəlib çatmışdı. İndi bu rəqəm 10-11 min arasındadır".
Millət vəkili vurğulayıb ki, eyni zamanda erkən nikah hadisələrinin azaldılmasına çalışmaq lazımdır: "Bu məsələdə vətəndaşların özlərindən də çox şey asılıdır. Hələ də az da olsa, xəstəxanalardan kənarda doğuş halları baş verir ki, bu kimi hadisələr ana və uşaq ölümlərinin artmasına təsir göstərən əsas amillərdir".
Ə.Əmiraslanov insanların tibbi müayinədən mütləq keçmələrinin vacibliyini vurğulayıb. Bildirib ki, bu, vaxtında ağır patologiyanın qarşısını almağa imkan verir.
Komitə sədri bildirib ki, narkomaniya sahəsində də ölkədə böyük problemlər mövcuddur: "Bu problemin mübarizəsi ilə bir çox bir qurum məşğul olur və olmalıdır. Çünki bu elə bir bəladır ki, həmin problemlə bağlı ayıq-sayıq olmalı və onunla mübarizədə əlimizdən gələni etməliyik".