SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Alen Simonyan: "Azərbaycan və Ermənistan arasında ticarət əlaqələri bərpa olunmalıdır"

© Sputnik / Асатур Есаянц / Mediabanka keçidErmənistan parlamentinin spikeri Alen Simonyan
Ermənistan parlamentinin spikeri Alen Simonyan - Sputnik Azərbaycan, 1920, 29.11.2023
Abunə olmaq
Qanunverici orqanın spikeri Alen Simonyan əmin edib ki, o, sülh üçün hər şeyi edəcək.
BAKI, 29 noyabr — Sputnik. Ermənistan parlamentinin spikeri Alen Simonyan Bakı və İrəvanın iki qonşu ölkə kimi ən yaxşı yolunun sülh şəraitində yaşamaq və ticarət əlaqələrinin bərpa edilməli olduğunu deyib.
Bunu parlamentin sədri özünün teleqram hesabında yazıb: "Uzun, qanlı müharibələrdən sonra dinc həyatın bir çox nümunələri var. Ümumiyyətlə, bunun alternativi yoxdur".
Qanunverici orqanın spikeri Alen Simonyan əmin edib ki, o, sülh üçün hər şeyi edəcək. A. Simonyan, həmçinin qeyd edib ki, iki dövlət arasında ticarət əlaqələri də bərpa olunmalıdır.
Xatırladaq ki, bundan öncə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib ki, siyasi iradə olarsa, 15 gün ərzində İrəvanla Bakı arasında sülh sazişi imzalanmaq mümkündür. Bütün fundamental məsələlər üzrə beynəlxalq hüquqa və bərabərlik prinsipinə əsaslanan razılıq əldə olunub.
A.Simonyan deyib ki, hazırda Ermənistan və Azərbaycan liderləri arasında görüş barədə razılıq yoxdur. Spikerin sözlərinə görə, Ermənistan bununla bağlı istənilən təklifi müzakirə etməyə hazırdır.
Xəbər lenti
0