https://sputnik.az/20231129/a-nin-umumi-emek-bazari-70-den-cox-teskil-edib-460948634.html
Aİİ-nin ümumi əmək bazarı 70%-dən çox təşkil edib
Aİİ-nin ümumi əmək bazarı 70%-dən çox təşkil edib
Sputnik Azərbaycan
Bu gün Aİİ ölkələrində peşəkar standartların formalaşdırılması və ixtisasların sərbəst qiymətləndirilməsi sistemləri müstəqil şəkildə inkişaf edir. 29.11.2023, Sputnik Azərbaycan
2023-11-29T16:18+0400
2023-11-29T16:18+0400
2023-11-29T16:18+0400
aii
iqtisadiyyat
avrasiya iqtisadi ittifaqı
https://cdnn1.img.sputnik.az/img/07e5/04/15/426755403_0:0:3129:1761_1920x0_80_0_0_32ebb9877c431dd51a33127ce26ee606.jpg
BAKI, 29 noyabr — Sputnik. Avrasiya İqtisadi İttifaqı (Aİİ) haqqında Müqavilə ilə müəyyən edilmiş ümumi əmək bazarı 70%-dən çox, mal bazarı 65%, xidmətlər bazarı 45%, kapital isə 40%-ə yaxın səviyyədə həyata keçirilir. Bunu Avrasiya İqtisadi Komissiyasının (AİK) kollegiyasının sədri Mixail Myasnikoviç deyib. Onun sözlərinə görə, birləşmə çərçivəsində ümumi əmək bazarının formalaşdırılması Aİİ-nin dörd əsas prinsipindən və ya "azadlıqlarından" birinin - əmək resurslarının hərəkət azadlığının həyata keçirilməsi olub. "Aİİ vətəndaşları üçün əmək bazarına giriş məhdudiyyətləri aradan qaldırılıb, onlar 30 gün müddətində məcburi qeydiyyatdan azad ediliblər və təhsillə bağlı sənədlər qarşılıqlı olaraq tanınır", - deyə Myasnikoviç nümunələr verib. Eyni zamanda, kollegiyanın rəhbəri qeyd edib ki, bu günə qədər Aİİ ölkələrində peşəkar standartların formalaşdırılması və ixtisasların sərbəst qiymətləndirilməsi sistemləri müstəqil şəkildə inkişaf edir. "Aİİ-də, hətta MDB-də təhsil məkanında normaların unifikasiyası yoxdur. Bu, qeyd olunan sahənin Aİİ-nin gündəliyinə daxil edilməməsi ilə əlaqədardır. Biz bu problemi görürük və həll etməyə çalışırıq, lakin komissiyanın səyləri hələ də heç bir nəticə verməyib. Vəziyyət getdikcə pisləşir, mütəxəssislərin hazırlığı şəraitində fikir ayrılıqları artır və əgər problem yüksək səviyyədə həll olunmazsa, "dost/düşmən" problemləri yarana bilər, bu da qəbuledilməzdir", - deyə AİK-nin idarə heyətinin sədri izah edib. Aİİ-də yeni məşğulluq formaları Myasnikoviç qeyd edib ki, yeni məşğulluq formaları ənənəvi olanlardan daha sürətlə, qanunvericilik bazasından daha fəal inkişaf edir, yəni hüquqi münasibətlərinin olmaması və müəyyən məqamların kölgədə qalması səbəbindən əmək hüquq münasibətlərinin bütün subyektləri üçün risklər yaranır. Bu cür məşğulluqlarda işçilərin bütün əməyin mühafizəsi standartlarını əhatə etməsi vacibdir. Onun fikrincə, bu problemli məsələləri yalnız Aİİ ölkələrinin milli qaydaların yaxınlaşdırılması istiqamətində ardıcıl fəaliyyəti ilə həll edilə bilər. Myasnikoviç qeyd edib ki, işçilərin və onların ailə üzvlərinin işə qəbul olma dövlət strukturlarında sosial müdafiə və tibbi təminat sisteminə asanlıqla daxil olması üçün şərait yaratmaq çox vacibdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/15/426755403_176:0:2905:2047_1920x0_80_0_0_a33474d89700afc104756c3ac6e8ce87.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
aii, avrasiya iqtisadi ittifaqı
aii, avrasiya iqtisadi ittifaqı
Aİİ-nin ümumi əmək bazarı 70%-dən çox təşkil edib
Bu gün Aİİ ölkələrində peşəkar standartların formalaşdırılması və ixtisasların sərbəst qiymətləndirilməsi sistemləri müstəqil şəkildə inkişaf edir.
BAKI, 29 noyabr — Sputnik. Avrasiya İqtisadi İttifaqı (Aİİ) haqqında Müqavilə ilə müəyyən edilmiş ümumi əmək bazarı 70%-dən çox, mal bazarı 65%, xidmətlər bazarı 45%, kapital isə 40%-ə yaxın səviyyədə həyata keçirilir.
Bunu Avrasiya İqtisadi Komissiyasının (AİK) kollegiyasının sədri Mixail Myasnikoviç deyib.
Onun sözlərinə görə, birləşmə çərçivəsində ümumi əmək bazarının formalaşdırılması Aİİ-nin dörd əsas prinsipindən və ya "azadlıqlarından" birinin - əmək resurslarının hərəkət azadlığının həyata keçirilməsi olub.
"Aİİ vətəndaşları üçün əmək bazarına giriş məhdudiyyətləri aradan qaldırılıb, onlar 30 gün müddətində məcburi qeydiyyatdan azad ediliblər və təhsillə bağlı sənədlər qarşılıqlı olaraq tanınır", - deyə Myasnikoviç nümunələr verib.
Eyni zamanda, kollegiyanın rəhbəri qeyd edib ki, bu günə qədər Aİİ ölkələrində peşəkar standartların formalaşdırılması və ixtisasların sərbəst qiymətləndirilməsi sistemləri müstəqil şəkildə inkişaf edir.
"Aİİ-də, hətta MDB-də təhsil məkanında normaların unifikasiyası yoxdur. Bu, qeyd olunan sahənin Aİİ-nin gündəliyinə daxil edilməməsi ilə əlaqədardır. Biz bu problemi görürük və həll etməyə çalışırıq, lakin komissiyanın səyləri hələ də heç bir nəticə verməyib. Vəziyyət getdikcə pisləşir, mütəxəssislərin hazırlığı şəraitində fikir ayrılıqları artır və əgər problem yüksək səviyyədə həll olunmazsa, "dost/düşmən" problemləri yarana bilər, bu da qəbuledilməzdir", - deyə AİK-nin idarə heyətinin sədri izah edib.
Aİİ-də yeni məşğulluq formaları
Myasnikoviç qeyd edib ki, yeni məşğulluq formaları ənənəvi olanlardan daha sürətlə, qanunvericilik bazasından daha fəal inkişaf edir, yəni hüquqi münasibətlərinin olmaması və müəyyən məqamların kölgədə qalması səbəbindən əmək hüquq münasibətlərinin bütün subyektləri üçün risklər yaranır. Bu cür məşğulluqlarda işçilərin bütün əməyin mühafizəsi standartlarını əhatə etməsi vacibdir.
Onun fikrincə, bu problemli məsələləri yalnız Aİİ ölkələrinin milli qaydaların yaxınlaşdırılması istiqamətində ardıcıl fəaliyyəti ilə həll edilə bilər.
Myasnikoviç qeyd edib ki, işçilərin və onların ailə üzvlərinin işə qəbul olma dövlət strukturlarında sosial müdafiə və tibbi təminat sisteminə asanlıqla daxil olması üçün şərait yaratmaq çox vacibdir.