Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Təhsil ocaqlarında kriminal avtoritetlərə oxşamaq istəyənlərin sayı durmadan artır

© AP Photo / Bernat ArmangueMəktəbli, arxiv şəkli
Məktəbli, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.11.2023
Abunə olmaq
Ekspert məktəblilərin və tələbələrin məktəblərə kəsici-deşici alətlərlə gəlməsindən, bıçaqlaşmasından narahatdır.
BAKI, 28 noyabr — Sputnik. Son zamanlar Azərbaycan məktəbliləri, eləcə də tələbələr arasında bıçaqlaşma, bir-birinə xəsarət yetirmə halları artıb. Ekspertlər bu məsələ ilə bağlı SOS siqnalı verməyin vaxtının çatdığını deyirlər.
Məktəblər kriminal məkana çevrilib
Xatırladaq ki, bu günlərdə Sabunçu rayonunda şagirdlərin biri digərini kəsici-deşici alətdən istifadə etməklə xəsarət yetirdiyinə dair məlumat yayılıb.
Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a bildirib ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2023-cü ildə keçirilən imtahanlarda şagirdlərin üzərindən qadağan edilmiş əşyalar aşkarlanmışdı:

"Yəni artıq şagirdlər təkcə küçədə yox, məktəbdə, imtahana gedəndə də üzərlərində kəsici, deşici alətlər gəzdirirlər. Təəssüf ki, pandemiyadan sonra şagirdlər tərəfindən məktəb binasına əlavə köməkçi vasitələrin gətirilməsində, birinin digərinə xəsarət yetirməsi hallarında artım müşahidə olunur".

K.Əsədov qeyd edib ki, təəccüblü məqam, şagirdlərin məktəbə kəsici-deşici alətlər, bıçaq, alışqan, təsbeh aparmasıdır:
"Sanki onlar mafiya kinolarındakı obrazları canlandırırlar. Televiziyalar, internet resursları, sosial şəbəkələr şagirdlərdən kriminal aləmin mütəxəssisi obrazını yarada bilib. Hətta biz bir neçə ay əvvəl Neft və Sənaye Universitetində keçirilən bayram şənliyində tələbələrin bir ağızdan kriminal aləmə məxsus musiqini oxuduqlarına şahid olduq. Artıq bizim şagirdlərimiz, tələbələrimiz kriminal aləmə meyillənə biliblər. Şagirdin kəsici-deşici alətlərdən, bıçqdan nə üçün istifadə edə biləcəyinin heç bir elmi izahı yoxdur. Həmin vaxt şagirdə qələm, karandaş və pozan lazımdır. Şagird ora yazdığını pozmağa gəlib, kiminsə həyatını pozmağa yox. Bu yaxşı hal deyil. Orta məktəb şagirdləri arasında ciddi problemlər mövcuddur. Məktəbə qələm, karandaşla gəlməli olan şagirdlər indi təsbehlə, bıçaqla gəlirlər".
Ekspertin sözlərinə görə, son dövrün statistik göstəricilərinə baxdıqda, yeniyetmələrin iştirakı ilə xüsusi amansızlıqla törədilən cinayət hallarında artım müşahidə olunur:
"Elm və Təhsil Nazirliyi məktəblərə nəzari artırsa da, sosial şəbəklər daha çox mənfi təsirini göstərə bilir. Xüsusən məktəblilərin iştirakı ilə elə məktəblərdə baş verən kriminal hadisələrin törədilməsinin həcminin artdığını müşahidə etmək mümkündür".
K.Əsədov onu da əlavə edib ki, məktəblərdə kişi müəllimlərin azlığı, bu tipli neqativlərin artmasına gətirib çıxarır. Bu halların qarşısını almaq üçün maarifləndirmə işləri aparılmalıdır:
"Şagirdlər soyuq silah daşımağın və ondan istifadənin birbaşa cinayət əməlinə sövq edə bildiyini anlamalıdır. Ağır məsuliyyətdir. Şagirdin üstündə şəxsiyyət vəsiqəsi, qələm, karandaş pozan olmalıdır. Üzərində şagirdə yaraşmayan əşya olan şagirdi məktəbdən birdəfələik kənarlaşdırmaq lazımdır".
Xəbər lenti
0