Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Tarixçi Tehran konfransının uğurlu keçməsində Azərbaycanın rolu haqqında

Abunə olmaq
1943-cü ildə Tehran konfransının uğurlu keçirilməsində Azərbaycanın hansı töhfəni verdiyi barədə daha ətraflı videomuzda izləyə bilərsiniz.
Azərbaycan kəşfiyyatçısı Məmmədhüseyn Əsədov "Tehran-43" əməliyyatının keçirilməsində və anti-Hitler koalisiyasına daxil olan dövlət başçılarına qarşı sui-qəsdin qarşısının alınmasında müstəsna xidmətlər göstərib.
Bunu tanınmış hərbi tarixçi İlham Abbasov Sputnik Azərbaycan-a müsahibəsində deyib.
Onun sözlərinə görə, həmin tarixi hadisələrdə azərbaycanlıların rolu uzun müddət danılıb, çox vaxt insanların adları, onların qəhrəmanlıqları silinib və ya ümumi ifadələrlə əvəz edilib.
"Eyni vəziyyət Tehran konfransına da aiddir. Son vaxtlar məlum olduğu kimi tədbirin təhlükəsizliyini təmin edənlərdən biri də azərbaycanlı Məmmədhüseyn Əsədov olub. O, xidmətlərinə görə "Lenin" və "Qırmızı Ulduz" ordenləri ilə təltif edilib", - deyə Abbasov bildirib.
Xəbər lenti
0