Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Şagird davranış qaydalarının tətbiq olunduğu məktəblərin sayı 500-ə çatdırılacaq

© Sputnik / Murad OrujovMəktəbdə şagird, arxiv şəkli
Məktəbdə şagird, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.11.2023
Abunə olmaq
Şagird davranış qaydaları Respublikanın 300 məktəbi Bakının 62 məktəbi qoşulub.
BAKI, 28 noyabr — Sputnik. "Pilot şəkildə 300 məktəbdə tətbiq olunan yeni şagird davranış qaydaları ilə bağlı yekun qiymətləndirmə işləri hələ tamamlanmayıb".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov "Effektiv kommunikasiya" mövzusunda keçirilən seminarda deyib.
O bildirib ki, bu ilin sonu və gələn ilin əvvəli üçün prosesin yekunlaşması nəzərdə tutulur: "Nəticədən asılı olaraq məktəb sayının artması nəzərdə tutulur. Məktəb sayının 300-dən 500-ə artırılması hədəflənir".
Xatırladaq ki, ötən il hazırlanan "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" sənədində bir sıra qadağalar nəzərdə tutuıub. Həmin layihəyə görə, şagirdlər məktəbə ağıllı saat, digər elektron cihazlar, mobil telefon gətirə, amma dərs zamanı onlardan istifadə edə bilməzlər.
Belə ki, məktəblərdə pilot tətbiqi üçün nəzərdə tutulmuş qaydalara görə, şagirdlər hər bir fənn üzrə dərslərin 96 faizdən çoxunda iştirak etməlidirlər. Buraxılmış dərs saatları üçün valideyn tərəfindən məktəbə yazılı izahat və tibbi arayış təqdim olunmalıdır. Şagirdlər dar geyim, hündürdaban ayaqqabı, dizdən yuxarı olan ətək, zinət əşyası və bahalı saat kimi aksesuarlar, qeyri-adi saç düzümü və saç rəngi, uzun və rəngli dırnaqlar, makiyaj, saqqal ilə dərsə gələ bilməzlər. Qaydalarda birmənalı qarşılanmayan məqamlar da yer alıb. Belə ki, şagirdlər tədris binasının koridorlarında qaçmamalı, dəhliz və pilləkənlərin sağ tərəfi ilə hərəkət etməlidirlər. Məktəb daxilində yüksək səslə danışmamalıdırlar.
Ötən tədris ilində, şagird davranış qaydaları Respublikanın 300 məktəbi Bakının 62 məktəbi qoşulub. Məlumat üçün onu da əlavə edək ki, ötən ilin oktyabr ayından başlayaraq "Şagird davranışı və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi qaydaları" layihəsinin ictimaiyyət nümayəndələri ilə geniş müzakirəsi təşkil edilib. Layihə sənədi Elm və Təhsil Nazirliyi yanında İctimai Şura, Daxili İşlər Nazirliyi, UNICEF, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, qeyri-hökumət təşkilatları və təhsil ictimaiyyəti nümayəndələrinin, o cümlədən ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, psixoloqlar, həmçinin valideynlərlə görüşlərdə keçirilən müzakirələr nəticəsində daha da təkmilləşdirilib.
Xəbər lenti
0