https://sputnik.az/20231128/qizilca-tehsil-muessiselerini-cengine-alib-mektebler-baglanacaqmi-460894829.html
Qızılca təhsil müəssisələrini cənginə alıb-Məktəblər bağlanacaqmı?
Qızılca təhsil müəssisələrini cənginə alıb-Məktəblər bağlanacaqmı?
Sputnik Azərbaycan
Cəsarət Valehov hələlik qızılcanın yayılmasının təhsilin dayandırılmasına əsas verəcək həddə olmadığını da söyləyib. 28.11.2023, Sputnik Azərbaycan
2023-11-28T20:14+0400
2023-11-28T20:14+0400
2023-11-28T20:14+0400
qızılca
səhiyyə
yoluxma
səhiyyə nazirliyi
elm və təhsil nazirliyi
https://cdnn1.img.sputnik.az/img/42383/17/423831792_0:192:3261:2026_1920x0_80_0_0_383827892aba41df5a5f64f61bde96b4.jpg
BAKI, 28 noyabr — Sputnik. "Azərbaycanda orta və ali məktəblərdə qızılcanın yayılmasına görə təhsil müəssisələrinin bağlanılması nəzərdə tutulmur". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov deyib. O, bildirib ki, təhsil müəssisələrində yoluxma olduqda dərhal həmin şagirdlər karantinə alınır. Onlar onlayn şəkildə dərslərinə davam edirlər. C. Valehov hələki qızılcanın yayılmasının təhsilin dayandırılmasına əsas verəcək həddə olmadığını da söyləyib. Qeyd edək ki, Azərbaycanda qızılcaya yoluxma halları hər gün artır. Artıq ölkədə orta ümumtəhsil müəssisələri ilə yanaşı ali məktəblərdə də qızılcaya yoluxma müşahidə olunur. Bu isə təhsil müəssisələrində qızılcaya yoluxmanın şagird və tələbələr arasında daha da yayılacağı ilə bağlı narahatlıqları artırır. Orta və ali məktəblərdə qızılca sürətlə yayılır Kürdəmirdə 7 məktəbdə şagirdlər arasında qızılca yayılıb, 9 nəfər xəstəxanaya yerləşdirilib. Kürdəmir rayonunun 1 nömrəli, Atakişili, Sor-Sor, Pirili, Ərəbqubalı, Şilyan və Qarasaqqal kənd tam orta məktəblərinin şagirdləri arasında aşkarlanıb. Kürdəmir Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata əsasən, 9 şagird hazırda stasionar şəraitdə müalicə alır, digər yoluxanların müalicəsi ambulator şəraitində davam etdirilir, vəziyyətləri stabildir. Azərbaycan Texniki Universitetində (AzTU) ümumilikdə 8 tələbədə qızılca aşkarlanıb. Universitetin mətbuat katibi Sevinc İsgəndərova faktı Sputnik Azərbaycan-a təsdiqləyib. Bildirib ki, həmin tələbələr izolyasiya olunublar: "Hazırda onların səhhəti normaldır. Virusun inkubasiya dövrü bitdikdən sonra dərslərinə davam edəcəklər. Qızılcaya qarşı uşaqlıq dövründə peyvənd olunmayan tələbələrə isə peyvənd olunmalarının vacibliyi bildirilib". "Son günlər uşaqlar arasında qızılcaya yoluxma halları ilə bağlı məsələ bizim də nəzarətimizdədir. Məktəblərdən bizə daxil olan məlumatlardan aydın olur ki, ümumi təhsil müəssisələrində qızılca xəstəliyinə yoluxma kütləvi xarakter daşımır". Bundan əvvəl isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında qızılcaya üç tələbə qızılcaya yoluxub. Universitetin mətbuat katibi Şəmsi Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qızılcaya yoluxma universitetdə təhsil alan üç tələbədə aşkarlanıb. Onlardan ikisi sağalaraq dərslərinə davam edir. Yoluxmuş yalnız bir tələbə qızılcaya görə müalicə olunur. Bəs görəsən, qızılcanən orta və ali məktəblərdə yayılması səbəbindən təhsil müəssisələrinin bağlanması mümkündürmü? Nazirlik təhsil ocaqlarını müvəqqəti bağlayacaqmı? Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-a bildirilib ki, qızılca ilə bağlı agentliyin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin heç biri bağlanmayıb. Qeyd olunub ki, tək-tək belə halların müşahidə olunması ilə bağlı məlumat daxil olduğu halda ümumi təhsil müəssisələrində müvafiq ixtisaslaşdırılmış qurumlar tərəfindən dezinfeksiya işləri həyata keçirilir: "Qızılca ilə bağlı agentliyin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin heç biri bağlanmayıb. Kütləvi yoluxma halı baş verdikdə məktəbin bağlanması ilə bağlı qərarı Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi verir". Qurumdan verilən məlumata görə, məktəblərdə müvafiq ehtimallar nəzərə alınaraq nəzarət gücləndirilib: "Ümumi təhsil məktəblərində pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilib. Məktəblərdə tibbi xidmət işi yerli poliklinikalar tərəfindən təyin edilmiş tibb bacısı və ya həkim tərəfindən həyata keçirilir. Məktəblərdəki tibb otaqları zəruri avadanlıqlarla təchiz edilib. Təhsil müəssisələrinə təyin edilmiş tibb bacısı və ya həkimin işinə müvafiq poliklinikalar tərəfindən nəzarət edilir". "Səhhətində narahatlıq müşahidə edilən məktəblilər tibb bacısı və ya həkim tərəfindən ilkin müayinə olunur, valideyn ilə əlaqə saxlanılır, şagirdin vəziyyətinə uyğun tədbirlərin görülməsi təmin edilir. Valideynlərə hər zaman tövsiyə olunur ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil", - Dövlət Agentliyindən qeyd olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42383/17/423831792_343:0:3074:2048_1920x0_80_0_0_1c2e85e623e0239c6c34ce71782b04fb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
qızılca, yoluxma, səhiyyə nazirliyi, elm və təhsil nazirliyi
qızılca, yoluxma, səhiyyə nazirliyi, elm və təhsil nazirliyi
Qızılca təhsil müəssisələrini cənginə alıb-Məktəblər bağlanacaqmı?
Cəsarət Valehov hələlik qızılcanın yayılmasının təhsilin dayandırılmasına əsas verəcək həddə olmadığını da söyləyib.
BAKI, 28 noyabr — Sputnik. "Azərbaycanda orta və ali məktəblərdə qızılcanın yayılmasına görə təhsil müəssisələrinin bağlanılması nəzərdə tutulmur". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov deyib. O, bildirib ki, təhsil müəssisələrində yoluxma olduqda dərhal həmin şagirdlər karantinə alınır. Onlar onlayn şəkildə dərslərinə davam edirlər. C. Valehov hələki qızılcanın yayılmasının təhsilin dayandırılmasına əsas verəcək həddə olmadığını da söyləyib.
Qeyd edək ki, Azərbaycanda qızılcaya yoluxma halları hər gün artır. Artıq ölkədə orta ümumtəhsil müəssisələri ilə yanaşı ali məktəblərdə də qızılcaya yoluxma müşahidə olunur. Bu isə təhsil müəssisələrində qızılcaya yoluxmanın şagird və tələbələr arasında daha da yayılacağı ilə bağlı narahatlıqları artırır.
Orta və ali məktəblərdə qızılca sürətlə yayılır
Kürdəmirdə 7 məktəbdə şagirdlər arasında qızılca yayılıb, 9 nəfər xəstəxanaya yerləşdirilib. Kürdəmir rayonunun 1 nömrəli, Atakişili, Sor-Sor, Pirili, Ərəbqubalı, Şilyan və Qarasaqqal kənd tam orta məktəblərinin şagirdləri arasında aşkarlanıb. Kürdəmir Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata əsasən, 9 şagird hazırda stasionar şəraitdə müalicə alır, digər yoluxanların müalicəsi ambulator şəraitində davam etdirilir, vəziyyətləri stabildir.
Azərbaycan Texniki Universitetində (AzTU) ümumilikdə 8 tələbədə qızılca aşkarlanıb. Universitetin mətbuat katibi Sevinc İsgəndərova faktı Sputnik Azərbaycan-a təsdiqləyib. Bildirib ki, həmin tələbələr izolyasiya olunublar: "Hazırda onların səhhəti normaldır. Virusun inkubasiya dövrü bitdikdən sonra dərslərinə davam edəcəklər. Qızılcaya qarşı uşaqlıq dövründə peyvənd olunmayan tələbələrə isə peyvənd olunmalarının vacibliyi bildirilib".
"Son günlər uşaqlar arasında qızılcaya yoluxma halları ilə bağlı məsələ bizim də nəzarətimizdədir. Məktəblərdən bizə daxil olan məlumatlardan aydın olur ki, ümumi təhsil müəssisələrində qızılca xəstəliyinə yoluxma kütləvi xarakter daşımır".
Bundan əvvəl isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında qızılcaya üç tələbə qızılcaya yoluxub. Universitetin mətbuat katibi Şəmsi Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qızılcaya yoluxma universitetdə təhsil alan üç tələbədə aşkarlanıb. Onlardan ikisi sağalaraq dərslərinə davam edir. Yoluxmuş yalnız bir tələbə qızılcaya görə müalicə olunur.
Bəs görəsən, qızılcanən orta və ali məktəblərdə yayılması səbəbindən təhsil müəssisələrinin bağlanması mümkündürmü?
Nazirlik təhsil ocaqlarını müvəqqəti bağlayacaqmı?
Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-a bildirilib ki, qızılca ilə bağlı agentliyin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin heç biri bağlanmayıb.
Qeyd olunub ki, tək-tək belə halların müşahidə olunması ilə bağlı məlumat daxil olduğu halda ümumi təhsil müəssisələrində müvafiq ixtisaslaşdırılmış qurumlar tərəfindən dezinfeksiya işləri həyata keçirilir: "Qızılca ilə bağlı agentliyin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin heç biri bağlanmayıb. Kütləvi yoluxma halı baş verdikdə məktəbin bağlanması ilə bağlı qərarı Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi verir".
Qurumdan verilən məlumata görə, məktəblərdə müvafiq ehtimallar nəzərə alınaraq nəzarət gücləndirilib: "Ümumi təhsil məktəblərində pedaqoji kollektivə şagirdlərin səhhətində müşahidə oluna biləcək hər hansı narahatlıq halları ilə bağlı daha diqqətli olmaları tövsiyə edilib. Məktəblərdə tibbi xidmət işi yerli poliklinikalar tərəfindən təyin edilmiş tibb bacısı və ya həkim tərəfindən həyata keçirilir. Məktəblərdəki tibb otaqları zəruri avadanlıqlarla təchiz edilib. Təhsil müəssisələrinə təyin edilmiş tibb bacısı və ya həkimin işinə müvafiq poliklinikalar tərəfindən nəzarət edilir".
"Səhhətində narahatlıq müşahidə edilən məktəblilər tibb bacısı və ya həkim tərəfindən ilkin müayinə olunur, valideyn ilə əlaqə saxlanılır, şagirdin vəziyyətinə uyğun tədbirlərin görülməsi təmin edilir. Valideynlərə hər zaman tövsiyə olunur ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil", - Dövlət Agentliyindən qeyd olunub.