Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Məktəbdə niyə zədələnən uşağa tibbi yardım göstərilməyib?

© AFP 2024 / DENIS CHARLETMəktəbli, arxiv şəkli
Məktəbli, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.11.2023
Abunə olmaq
Bakıda 90 saylı məktəbdə gözündən zədə alan şagirdin valideyni qızına təcili tibbi yardımın göstərilməməsindən şikayətçidir.
BAKI, 28 noyabr — Sputnik. Bakıda 90 saylı məktəbdə gözündən zədə alan şagirdin valideyni məktəb direktoru və sinif rəhbərindən şikayətçidir. Bu barədə Sputnik Azərbaycan-a açıqlama verən 90 saylı məktəbin 2F sinif şagirdi Təranə Məmmədzadənin anası Vüsalə Quliyeva bildirib ki, hazırda övladı ilə xəstəxanadadır.
Məktəbdə zədələnən uşağa tibbi yardım göstərilməyib
"Bu hadisə noyabrın 7-də, məktəbdə Zəfər Günü ilə bağlı tədbirin keçirildiyi gün baş verib. Mənim övladıma məktəbdə heç bir tibbi yardım göstərilməyib. Məktəb direktoru Svetlana Nəbiyeva ilə əlaqə yaratmağa çalışsam da, dedilər onu narahat etmək olmaz. Övladımın gözü 9 gün keçdikdən sonra açıldı. İndi görməyə başlayır. Sinif rəhbəri Südabə Şükürova isə məni 102 -ə şikayət etməkdə günahlandırır. 8 yaşlı uşağın sağlamlığı və təhsildən kənar qalması məktəb rəhbərliyini maraqlandırmır".
V.Quliyeva bildirib ki, uşağın gözünün üstünə hematoma yığıldığından əməliyyat olunması nəzərdə tutulur. Balaca Təranə məktəbdə zədə alanda ona təcili tibbi yardım göstərilməyib:
"Bəs hanı bu məktəbin tibb bacısı? Müəllimə uşaqlara deyib ki, əsgi parçasını isladıb Təranənin gözünə qoysunlar. Uşağa yaxınlaşıb səhhəti ilə maraqlanan olmayıb".
Valideynin iddiası ilə bağlı məktəblə əlaqə saxlamağa çalışsaq da, telefona cavab verən olmayıb.
Müəllimə töhmət verilib
Qeyd edək ki, Bakının Ramana qəsəbəsində yerləşən məktəbdə şagirdin döyülməsi iddiasına rəsmi cavab verilib. Sputnik Azərbaycan-ın sorğusuna 90 nömrəli tam orta məktəbdən verilən məlumatda qeyd olunur ki, 07.11.2023-cü il tarixində məktəbin 2F sinfinin iki şagirdi (müvafiq səbəblərə görə şagirdlərin adları qeyd olunmur) qaçarkən toqquşub.
Məktəb rəhbəri tərəfindən hadisə barədə vaxtında məlumat vermədiyinə görə ibtidai sinif müəlliminin izahatı alınaraq ona töhmət verilib.
Şagirdlərin birində heç bir iz müşahidə olunmasa da, digəri xəsarət alıb.
Sabunçu Rayon Prokurorluğu tərəfindən məsələ ilə bağlı araşdırma aparılıb, hadisənin təsadüf nəticəsində baş verdiyi barədə rəy verilib.
Təhsil üzrə ekspert Kamran Əsədov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 90 saylı orta məktəbdə baş verən hadisə isə onu göstərir ki, məktəbdə yaxşı tibbi xidmət yoxdur. Məktəbdə şagirdlərin ilkin tibbi yardım göstərilməsi xidmətində və məsuliyyətli davranış qaydalarına əməl olunmasında qüsur var.
"Əlbəttə ki, şagirdlər qaçır, ani əl-qol hərəkəti edir və bu zaman arzuolunmaz xəsarətlər ola bilər. Təhsil bizim hamımızın işidir, hamımızın həyat və fəaliyyətinə bilavasitə bağlı olan, təsir göstərən sahədir. Əl-ələ verib daha yaxşısını təşkil etməkdə maraqlı olmalıyıq" - ekspert əlavə edib.
Xəbər lenti
0