https://sputnik.az/20231128/dunya-iqtisadiyyati-parcalanma-riski-ile-uz-uzedir---cinin-bas-naziri-460926614.html
Dünya iqtisadiyyatı parçalanma riski ilə üz-üzədir - Çinin baş naziri
Dünya iqtisadiyyatı parçalanma riski ilə üz-üzədir - Çinin baş naziri
Sputnik Azərbaycan
ÇXR Dövlət Şurasının baş naziri Li Çian proteksionizm, antiqloballaşma düşüncəsi və digər amillərin yaratdığı risklərə qarşı daha ayıq-sayıq olmağın... 28.11.2023, Sputnik Azərbaycan
2023-11-28T23:18+0400
2023-11-28T23:18+0400
2023-11-28T23:18+0400
çin
dünya xəbərləri
baş nazir
çin xalq respublikası
iqtisadiyyat
pekin
pekin
sərgi
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451240094_0:172:3030:1876_1920x0_80_0_0_fa3a4f36e15fdb6f6d2ec061a32976b1.jpg
BAKI, 28 noyabr — Sputnik. Qlobal iqtisadiyyat parçalanma riski ilə üz-üzədir. Ölkələr qlobal təchizat və istehsal zəncirlərinin süni pozulmasının və maneələrin qarşısını almalıdırlar. Bunu ÇXR Dövlət Şurasının baş naziri Li Çian çərşənbə axşamı bəyan edib. "Biz qlobal təchizat və istehsal zəncirlərində əməkdaşlığa mane olan pan-siyasiləşdirmə və təhlükəsizliyin ümumiləşdirilməsi kimi tendensiyaları görürük. Qlobal iqtisadiyyat parçalanma riski ilə üz-üzədir", - deyə Li Çian Pekində keçirilən "China International Supply Chain Expo" sərgisində (CISCE) şıxışı zamanı söyləyib. Li Çian qeyd edib ki, dünya ölkələri təchizat zəncirləri və sənaye zəncirlərində sabit əməkdaşlıqdan faydalanırlar. Əgər əməkdaşlıq çətin olarsa, hər kəs bundan əziyyət çəkər. "Bu, bizim qaydalara əməl etməyimizi, ümumi tendensiyanı tanımağımızı, inkişaf imkanlarından daha yaxşı istifadə etməyimizi, texnoloji tərəqqi və məhsuldarlıq artımını, qlobal istehsal zəncirlərinin və tədarük zəncirlərinin keyfiyyətinin və məhsuldarlığının artırılmasına daha çox diqqət yetirməyimizi tələb edir", - – deyə baş nazir bildirib. O, proteksionizm, antiqloballaşma düşüncəsi və digər amillərin yaratdığı risklərə qarşı daha ayıq-sayıq olmağın vacibliyinə diqqət yetirib. "Biz, həmçinin qlobal təchizat və istehsal zəncirlərinin süni pozulmasının və maneələrin qarşısını almalıyıq" – deyə Li Çian qeyd edib. Qeyd edək ki, noyabrın 28-dən dekabrın 2-dək Çində ilk dəfə "China International Supply Chain Expo" (CISCE) keçirilir. Sərgidə Çin və digər ölkələrdən ümumilikdə 515 şirkət iştirak edir. Expo sərgi sahəsi 100 min kvadratmetrdir. Sərgi sahəsi müxtəlif tematik sahələrə, xüsusən kənd təsərrüfatında yaşıl texnologiyalar, təmiz enerji, rəqəmsal texnologiyalar, sağlam həyat tərzi və s. bölünüb. Sərgidə ABŞ, Yaponiya, Böyük Britaniya, Almaniya, Vyetnam, Tailand, Braziliya, Avstraliya, Sinqapur, Cənubi Koreya, Macarıstan, Türkiyə və digər ölkələrin şirkətlərinin stendləri nümayiş etdirilir.
pekin
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451240094_150:0:2881:2048_1920x0_80_0_0_76dd9afbb44d953ec9742fc7a9380180.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
çin, baş nazir, çin xalq respublikası, iqtisadiyyat, pekin, pekin, sərgi
çin, baş nazir, çin xalq respublikası, iqtisadiyyat, pekin, pekin, sərgi
Dünya iqtisadiyyatı parçalanma riski ilə üz-üzədir - Çinin baş naziri
ÇXR Dövlət Şurasının baş naziri Li Çian proteksionizm, antiqloballaşma düşüncəsi və digər amillərin yaratdığı risklərə qarşı daha ayıq-sayıq olmağın vacibliyinə diqqət yetirib.
BAKI, 28 noyabr — Sputnik. Qlobal iqtisadiyyat parçalanma riski ilə üz-üzədir. Ölkələr qlobal təchizat və istehsal zəncirlərinin süni pozulmasının və maneələrin qarşısını almalıdırlar.
Bunu ÇXR Dövlət Şurasının baş naziri Li Çian çərşənbə axşamı bəyan edib.
"Biz qlobal təchizat və istehsal zəncirlərində əməkdaşlığa mane olan pan-siyasiləşdirmə və təhlükəsizliyin ümumiləşdirilməsi kimi tendensiyaları görürük. Qlobal iqtisadiyyat parçalanma riski ilə üz-üzədir", - deyə Li Çian Pekində keçirilən "China International Supply Chain Expo" sərgisində (CISCE) şıxışı zamanı söyləyib.
Li Çian qeyd edib ki, dünya ölkələri təchizat zəncirləri və sənaye zəncirlərində sabit əməkdaşlıqdan faydalanırlar. Əgər əməkdaşlıq çətin olarsa, hər kəs bundan əziyyət çəkər.
"Bu, bizim qaydalara əməl etməyimizi, ümumi tendensiyanı tanımağımızı, inkişaf imkanlarından daha yaxşı istifadə etməyimizi, texnoloji tərəqqi və məhsuldarlıq artımını, qlobal istehsal zəncirlərinin və tədarük zəncirlərinin keyfiyyətinin və məhsuldarlığının artırılmasına daha çox diqqət yetirməyimizi tələb edir", - – deyə baş nazir bildirib.
O, proteksionizm, antiqloballaşma düşüncəsi və digər amillərin yaratdığı risklərə qarşı daha ayıq-sayıq olmağın vacibliyinə diqqət yetirib.
"Biz, həmçinin qlobal təchizat və istehsal zəncirlərinin süni pozulmasının və maneələrin qarşısını almalıyıq" – deyə Li Çian qeyd edib.
Qeyd edək ki, noyabrın 28-dən dekabrın 2-dək Çində ilk dəfə "China International Supply Chain Expo" (CISCE) keçirilir. Sərgidə Çin və digər ölkələrdən ümumilikdə 515 şirkət iştirak edir. Expo sərgi sahəsi 100 min kvadratmetrdir. Sərgi sahəsi müxtəlif tematik sahələrə, xüsusən kənd təsərrüfatında yaşıl texnologiyalar, təmiz enerji, rəqəmsal texnologiyalar, sağlam həyat tərzi və s. bölünüb. Sərgidə ABŞ, Yaponiya, Böyük Britaniya, Almaniya, Vyetnam, Tailand, Braziliya, Avstraliya, Sinqapur, Cənubi Koreya, Macarıstan, Türkiyə və digər ölkələrin şirkətlərinin stendləri nümayiş etdirilir.