Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Bağçalarda uşaqların qida rasionu dəyişəcək

© Official website of President of Azerbaijan RepublicBağça
Bağça - Sputnik Azərbaycan, 1920, 28.11.2023
Abunə olmaq
Eşqi Bağırov bildirib ki, növbəti ilin əvvəlində bununla bağlı normativ sənədlərdə dəyişikliklər nəzərdə tutulacaq.
BAKI, 28 noyabr — Sputnik. "Bağçalarda uşaqların qida rasionu ilə bağlı mövcud standartlara dəyişikliklərin edilməsi nəzərdə tutulur".
Bu barədə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib.
Onun sözlərinə görə, hazırda bağçalarda qidalanma qanunvericilikdə nəzərdə tutulan standart və normalar əsasında həyata keçirilir:
"İsti yeməklərin verilməsi ilə bağlı icra etdiyim pilot layihənin məqsədi odur ki, uşaqlara lazımi miqdarda yeməyin vaxtında, isti və menyuya uyğun verilməsini təmin edək. Nazirlik səhiyyə qurumları və qida təhlükəsizliyi məsul olan orqanlarla əməkdaşlıq edir. Standartlarda mövcud yeni yanaşmaların, yeni tədqiqat nəticələrinin məhsullarını standartlarda nəzərdə tutacağıq. Ümid edirəm ki, növbəti ilin əvvəlində bununla bağlı normativ sənədlərdə dəyişikliklər nəzərdə tutulacaq".
Xəbər lenti
0