https://sputnik.az/20231128/azerbaycanda-100-e-yaxin-mektebde-yoxlama-aparilib-460921112.html
Azərbaycanda 100-ə yaxın məktəbdə yoxlama aparılıb
Azərbaycanda 100-ə yaxın məktəbdə yoxlama aparılıb
Sputnik Azərbaycan
Bu ilin dekabr ayında Akkreditasiya Şurasının üçüncü iclasının keçirilməsi planlaşdırılır. 28.11.2023, Sputnik Azərbaycan
2023-11-28T17:38+0400
2023-11-28T17:38+0400
2023-11-28T17:55+0400
məktəb
təhsil
yoxlama
yoxlama
akkreditasiya
şura
https://cdnn1.img.sputnik.az/img/07e5/02/01/426106180_0:320:3073:2048_1920x0_80_0_0_f1c2ddef339c2c1faf7180d406fba81d.jpg
BAKI, 28 noyabr — Sputnik. Bu il 93 ümumtəhsil məktəbində inspeksiya aparılıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədr müavini, sədr vəzifəsinin müvəqqəti icraçısı Kamran Rəsulov "Effektiv kommunikasiya" mövzusunda keçirilən seminarda deyib. O bildirib ki, bunların 52-si Bakı Şəhəri üzrə Təhsil İdarəsi, 41-i isə regional idarələr tabeliyindəki müəssisələrdə olub. "Həmçinin, 28 məktəbəqədər təhsil müəssisəsində inspeksiya aparılıb. Monitorinqlərlə bağlı müvafiq hesabat həm təhsil müəssisələrinə, həm də nazirliyə təqdim olunub". O, həmçinin qeyd edib ki, bu ilin dekabr ayında Akkreditasiya Şurasının üçüncü iclasının keçirilməsi planlaşdırılır. "Bu il ərzində 13 ali təhsil müəssisəsinin akkreditasiyasının yekunlaşdırılması nəzərdə tutulur. Növbəti ildə də 13 ali təhsil müəssisəsinin akkreditasiyası aparılacaq. Onlardan 3-ü bu il akkreditasiyası aparılan, amma prosesdən keçməyənlərdir. Gələn il həmçinin, proqram akkreditasiyalarının keçirilməsi planlaşdırılır. Bununla bağlı proqram tərtib edilib"deyə əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/01/426106180_0:0:2731:2048_1920x0_80_0_0_11d3a78958d7765865415fe23c562113.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məktəb, yoxlama, yoxlama, akkreditasiya, şura
məktəb, yoxlama, yoxlama, akkreditasiya, şura
Azərbaycanda 100-ə yaxın məktəbdə yoxlama aparılıb
17:38 28.11.2023 (Yenilənib: 17:55 28.11.2023) Bu ilin dekabr ayında Akkreditasiya Şurasının üçüncü iclasının keçirilməsi planlaşdırılır.
BAKI, 28 noyabr — Sputnik. Bu il 93 ümumtəhsil məktəbində inspeksiya aparılıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədr müavini, sədr vəzifəsinin müvəqqəti icraçısı Kamran Rəsulov "Effektiv kommunikasiya" mövzusunda keçirilən seminarda deyib.
O bildirib ki, bunların 52-si Bakı Şəhəri üzrə Təhsil İdarəsi, 41-i isə regional idarələr tabeliyindəki müəssisələrdə olub.
"Həmçinin, 28 məktəbəqədər təhsil müəssisəsində inspeksiya aparılıb. Monitorinqlərlə bağlı müvafiq hesabat həm təhsil müəssisələrinə, həm də nazirliyə təqdim olunub".
O, həmçinin qeyd edib ki, bu ilin dekabr ayında Akkreditasiya Şurasının üçüncü iclasının keçirilməsi planlaşdırılır.
"Bu il ərzində 13 ali təhsil müəssisəsinin akkreditasiyasının yekunlaşdırılması nəzərdə tutulur. Növbəti ildə də 13 ali təhsil müəssisəsinin akkreditasiyası aparılacaq. Onlardan 3-ü bu il akkreditasiyası aparılan, amma prosesdən keçməyənlərdir. Gələn il həmçinin, proqram akkreditasiyalarının keçirilməsi planlaşdırılır. Bununla bağlı proqram tərtib edilib"deyə əlavə edib.