https://sputnik.az/20231128/azerbaycan-xn-ahm-ermenistanin-movqeyini-ifsa-edib-460925868.html
Azərbaycan XİN: "AİHM Ermənistanın mövqeyini ifşa edib"
Azərbaycan XİN: "AİHM Ermənistanın mövqeyini ifşa edib"
Sputnik Azərbaycan
Məmmədov yazıb ki, ki, məhkəmə artıq digər işlərdə Ermənistanın sözügedən ərazi üzərində yurisdiksiyası məsələsini araşdırıb və müəyyən edib ki, Ermənistan... 28.11.2023, Sputnik Azərbaycan
2023-11-28T19:25+0400
2023-11-28T19:25+0400
2023-11-28T19:26+0400
azərbaycan xəbərləri
azərbaycan xin
xin
nazir müavini
elnur məmmədov
ermənistan
avropa insan haqları məhkəməsi
avropa insan hüquqları məhkəməsi
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/15/434460057_0:103:2000:1228_1920x0_80_0_0_a22d00af88b4771f10ced136930dfe05.jpg
BAKI, 28 noyabr - Sputnik. "Avropa İnsan Haqları Məhkəməsinin (AHİM) bu yaxınlarda qəbul etdiyi qərar Ermənistanın daha əvvəl işğal altında saxladığı Azərbaycan ərazilərində nəzarətinin və ya yurisdiksiyasının olmamasına dair uzunmüddətli mövqeyini ifşa edib".Bu barədə xarici işlər nazirinin müavini Elnur Məmmədov “X” də yazıb.O qeyd edib ki, AİHM-in 17 oktyabr 2023-cü il tarixli “Hovhannisyan və Karapetyan Ermənistana qarşı” işi üzrə verdiyi hökmdə Ermənistan Respublikasının vətəndaşları R. Hovhannisyanın və A. Sarqsyanın 2009 və 2008-ci illərdə Ermənistan ordusuna çağırıldıqları və “Dağlıq Qarabağ silahlı qüvvələri”nin 36 535 saylı hərbi hissəyə göndərildikləri qeyd edilib.Bildirilib ki, 2010-cu ilin iyulunda hər iki hərbi qulluqçu öz hərbçi yoldaşları tərəfindən daxili insident nəticəsində qətlə yetirilib və öldürülən hərbçilərin valideynləri təzminat üçün Ermənistanı məhkəməyə verib.E. Məmmədov yazıb ki, ki, məhkəmə artıq digər işlərdə Ermənistanın sözügedən ərazi üzərində yurisdiksiyası məsələsini araşdırıb və müəyyən edib ki, Ermənistan Dağlıq Qarabağ və ətraf ərazilər üzərində effektiv nəzarət həyata keçirib.Nazirlik rəsmisi xatırladıb ki, Ermənistan o zamanlar işğal altında saxladığı Azərbaycanın ərazilərində törədilən istənilən cinayətə görə dövlət məsuliyyətindən qurtulmaq məqsədilə uzun müddət bu ərazilər üzərində heç bir nəzarəti və ya yurisdiksiyası olmadığı mövqeyində olub: "Diplomatik desək, AHİM Ermənistanın dürüst olmadığı qənaətinə gəlib".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/15/434460057_114:0:1887:1330_1920x0_80_0_0_10f281a9cec269cfe876728b06a9584f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan xin, xin, nazir müavini, elnur məmmədov, ermənistan, avropa insan haqları məhkəməsi, avropa insan hüquqları məhkəməsi
azərbaycan xin, xin, nazir müavini, elnur məmmədov, ermənistan, avropa insan haqları məhkəməsi, avropa insan hüquqları məhkəməsi
Azərbaycan XİN: "AİHM Ermənistanın mövqeyini ifşa edib"
19:25 28.11.2023 (Yenilənib: 19:26 28.11.2023) Məmmədov yazıb ki, ki, məhkəmə artıq digər işlərdə Ermənistanın sözügedən ərazi üzərində yurisdiksiyası məsələsini araşdırıb və müəyyən edib ki, Ermənistan Dağlıq Qarabağ və ətraf ərazilər üzərində effektiv nəzarət həyata keçirib.
BAKI, 28 noyabr - Sputnik. "Avropa İnsan Haqları Məhkəməsinin (AHİM) bu yaxınlarda qəbul etdiyi qərar Ermənistanın daha əvvəl işğal altında saxladığı Azərbaycan ərazilərində nəzarətinin və ya yurisdiksiyasının olmamasına dair uzunmüddətli mövqeyini ifşa edib".
Bu barədə xarici işlər nazirinin müavini Elnur Məmmədov “X” də yazıb.
O qeyd edib ki, AİHM-in 17 oktyabr 2023-cü il tarixli “Hovhannisyan və Karapetyan Ermənistana qarşı” işi üzrə verdiyi hökmdə Ermənistan Respublikasının vətəndaşları R. Hovhannisyanın və A. Sarqsyanın 2009 və 2008-ci illərdə Ermənistan ordusuna çağırıldıqları və “Dağlıq Qarabağ silahlı qüvvələri”nin 36 535 saylı hərbi hissəyə göndərildikləri qeyd edilib.
Bildirilib ki, 2010-cu ilin iyulunda hər iki hərbi qulluqçu öz hərbçi yoldaşları tərəfindən daxili insident nəticəsində qətlə yetirilib və öldürülən hərbçilərin valideynləri təzminat üçün Ermənistanı məhkəməyə verib.
E. Məmmədov yazıb ki, ki, məhkəmə artıq digər işlərdə Ermənistanın sözügedən ərazi üzərində yurisdiksiyası məsələsini araşdırıb və müəyyən edib ki, Ermənistan Dağlıq Qarabağ və ətraf ərazilər üzərində effektiv nəzarət həyata keçirib.
Nazirlik rəsmisi xatırladıb ki, Ermənistan o zamanlar işğal altında saxladığı Azərbaycanın ərazilərində törədilən istənilən cinayətə görə dövlət məsuliyyətindən qurtulmaq məqsədilə uzun müddət bu ərazilər üzərində heç bir nəzarəti və ya yurisdiksiyası olmadığı mövqeyində olub: "Diplomatik desək, AHİM Ermənistanın dürüst olmadığı qənaətinə gəlib".