DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiya Braziliyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmaq istəyini dəstəkləyir

© Sputnik / Михаил Метцель / POOL / Mediabanka keçidRusiya və Braziliya bayraqları, arxiv şəkli
Rusiya və Braziliya bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.11.2023
Abunə olmaq
Rusiya xarici işlər naziri deyib ki, Braziliya Latın Amerikası ölkələri arasında Rusiya ilə ticarət dövriyyəsində liderdir.
BAKI, 27 noyabr — Sputnik. Rusiya Braziliyanın müstəqil xarici siyasətini yüksək qiymətləndirir və bu ölkənin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmaq istəyini dəstəkləyir. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 195 illiyinə həsr olunmuş sərginin açılış mərasimində çıxışı zamanı deyib.
"Biz Braziliyanın qlobal idarəçilik institutlarında islahatlara və inkişaf etməkdə olan dövlətlərin təmsilçiliyinin artırılmasına yönəlmiş müstəqil xarici siyasət kursunu yüksək qiymətləndiririk. Bu kontekstdə, dəfələrlə qeyd etdiyimiz kimi, Rusiya Braziliyanın BMT Təhlükəsizlik Şurasına daimi üzv olmaq istəyini dəstəkləyir", - Rusiya XİN rəhbəri bildirib.
Lavrov bildirib ki, Braziliya Latın Amerikası ölkələri arasında Rusiya ilə ticarət dövriyyəsində liderdir.
"Praktik əməkdaşlıq möhkəmlənir. Braziliya Latın Amerikası və Karib hövzəsi dövlətləri arasında Rusiya ilə ticarət dövriyyəsinə görə liderdir", - Lavrov deyib.
Onun sözlərinə görə, birgə qarşılıqlı fəaliyyətin əsas sahələri kimya sənayesi, kənd təsərrüfatı, enerji sektorundadır.
Xəbər lenti
0